Əsas məzmuna keç
GoJob

SƏTƏM mütəxəssisi

Şam - Fi MMCBakıda SƏTƏM üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
4 noyabr 2026
Son müraciət tarixi
4 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar

Vakansiya haqqında

Şam - Fi MMC Bakıda SƏTƏM üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Sham-Fi International Trading Company
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, Babək prospekti və Y.Əliyev küçəsinin kesişməsində yerləşən City Park AVM- nin 6-cı mərtəbəsi
  • İş rejimi: Tam iş günü

Vəzifənin əsas məqsədi

  • Müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etmək, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması üzrə qanunvericiliyin və daxili qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək.

Əsas vəzifə öhdəlikləri

  • Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • İş yerlərində mütəmadi yoxlamalar aparmaq, təhlükəli və zərərli amilləri müəyyən etmək və riskləri qiymətləndirmək;
  • Aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı qabaqlayıcı və düzəldici tədbirlər hazırlamaq;
  • İşçilərə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydaları üzrə təlimatlandırmalar keçirmək;
  • Yeni işə qəbul olunan əməkdaşların ilkin, eləcə də dövri təlimatlandırılmasını təşkil etmək;
  • İstehsalat və digər bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabat və sənədləşməni aparmaq;
  • Fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
  • SƏTƏM üzrə tələb olunan sənədləri, jurnalları, aktları və hesabatları hazırlamaq;
  • Müvafiq dövlət qurumlarının yoxlamalarına hazırlıq və tələb olunan sənədlərin təqdim edilməsində iştirak etmək.

Namizədə dair tələblər

  • Ali təhsil (əməyin mühafizəsi, texniki təhlükəsizlik, mühəndislik, ekologiya və ya digər uyğun sahələr üzrə);
  • SƏTƏM sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə normativ-hüquqi aktlar haqqında biliklər;
  • Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması bacarığı;
  • Yanğın təhlükəsizliyi və fövqəladə hallarla bağlı biliklər;
  • Əməyin mühafizəsi üzrə təlimatların və sənədlərin hazırlanması bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Güclü ünsiyyət, təşkilatçılıq və analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək və təşəbbüskarlıq bacarığı.

Üstünlük hesab olunur

  • ISO 45001 (Əməyin sağlamlığı və təhlükəsizliyi) standartı üzrə bilik və təcrübə;
  • ISO 14001 (Ətraf mühitin idarə edilməsi) standartı üzrə biliklər;
  • SƏTƏM üzrə peşəkar təlim və sertifikatların olması;
  • Pərakəndə satış, ticarət mərkəzi, istehsalat və ya iri obyektlərdə iş təcrübəsi.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar