Silo Operatoru (Şamaxı)
Şirvan Aqro MMCSilo operatoru job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 15, 2026
- Apply before
- November 14, 2026
- Category
- Manufacturing & Agriculture
About this job
Şirvan Aqro MMC is hiring for the role “Silo Operatoru” in Baku. Full-time. Apply directly to the employer.
Şirkətimiz əməliyyat proseslərinin səmərəli təşkili və inkişafı məqsədilə komandasına Silo Operatoru axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Silo bunkerlərində saxlanılan taxılın temperatur və keyfiyyətə nəzarət sistemlərinin idarə edilməsi;
- Silo bunkerlərinin təsdiq edilmiş qrafikə uyğun texniki baxışının və təmirinin həyata keçirilməsi;
- Yem anbarına yemin verilməsi və silolara yemin qəbulunun təmin edilməsi;
- Yem anbarında üyütmə prosesinə nəzarət və üyütmə avadanlıqlarının dövri texniki baxışının aparılması.
Namizədə tələblər:
- Kompüter bilikləri (MS Office və istehsalat proqramları) – mütləqdir;
- Silo komplekslərində və ya taxıl saxlama müəssisələrində iş təcrübəsi – 1 il
- Elektrik və elektronika üzrə orta səviyyədə biliklər – arzuolunandır
- Üyütmə və yem istehsalı avadanlıqları ilə işləmə təcrübəsi – mütləqdir;
- Temperatur nəzarət sistemləri və sensorlarla işləmə bacarığı;
- Silo avadanlıqlarının (konveyer, şnek, ventilyasiya sistemi və s.) iş prinsiplərini bilməsi;
- Taxılın saxlanması zamanı temperatur və rütubətə nəzarət prinsiplərini bilməsi;
- Hündürlükdə işləmək bacarığı;
- Qəza və nasazlıq hallarında operativ qərar qəbul etmək və rəhbərliyi dərhal məlumatlandırmaq bacarığı;
- Növbəli iş rejimində işləməyə hazır olması;
- Rus dili biliyi – arzuolunandır;
- İngilis dili biliyi – arzuolunandır;
- Məsuliyyətli, diqqətli və intizamlı olması.
İş şəraiti:
- İş qrafiki: süd və ət satışının xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
- Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
- İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Silo Operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.