Əsas məzmuna keç
GoJob

Silo Operatoru (Şamaxı)

Şirvan Aqro MMCBakıda silo operatoru vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026

Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

Şirvan Aqro MMC Bakıda «Silo Operatoru» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Şirkətimiz əməliyyat  proseslərinin səmərəli təşkili və inkişafı məqsədilə komandasına Silo Operatoru  axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Silo bunkerlərində saxlanılan taxılın temperatur və keyfiyyətə nəzarət sistemlərinin idarə edilməsi;
  • Silo bunkerlərinin təsdiq edilmiş qrafikə uyğun texniki baxışının və təmirinin həyata keçirilməsi;
  • Yem anbarına yemin verilməsi və silolara yemin qəbulunun təmin edilməsi;
  • Yem anbarında üyütmə prosesinə nəzarət və üyütmə avadanlıqlarının dövri texniki baxışının aparılması.

Namizədə tələblər:

  • Kompüter bilikləri (MS Office və istehsalat proqramları) – mütləqdir;
  • Silo komplekslərində və ya taxıl saxlama müəssisələrində iş təcrübəsi – 1 il 
  • Elektrik və elektronika üzrə orta səviyyədə biliklər – arzuolunandır
  • Üyütmə və yem istehsalı avadanlıqları ilə işləmə təcrübəsi – mütləqdir;
  • Temperatur nəzarət sistemləri və sensorlarla işləmə bacarığı;
  • Silo avadanlıqlarının (konveyer, şnek, ventilyasiya sistemi və s.) iş prinsiplərini bilməsi;
  • Taxılın saxlanması zamanı temperatur və rütubətə nəzarət prinsiplərini bilməsi;
  • Hündürlükdə işləmək bacarığı;
  • Qəza və nasazlıq hallarında operativ qərar qəbul etmək və rəhbərliyi dərhal məlumatlandırmaq bacarığı;
  • Növbəli iş rejimində işləməyə hazır olması;
  • Rus dili biliyi – arzuolunandır;
  • İngilis dili biliyi – arzuolunandır;
  • Məsuliyyətli, diqqətli və intizamlı olması.

İş şəraiti:

  • İş qrafiki: süd və ət satışının xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
  • Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
  • İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Silo Operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirvan Aqro MMC şirkətinin digər vakansiyaları

Şirvan Aqro MMC vakansiyaları