Sosial Media Marketinq (SMM) mütəxəssisi
Aura Məişət Texnikası MMCSMM specialist job in Baku
Salary: from 500 ₼ / month
- Location
- Bakı, Nərimanov
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 10, 2026
- Apply before
- December 10, 2026
- Category
- Marketing & PR
About this job
Aura Məişət Texnikası MMC is hiring an SMM specialist in Baku (Narimanov district). Full-time, salary 500 AZN. Apply directly to the employer.
Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır.
Əsas vəzifələr
- Facebook və Instagram səhifələrinin gündəlik idarə olunması;
- Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının hazırlanması;
- Mətn, vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması;
- Meta Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili;
- Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin düzgün seçilməsi;
- Reklam büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi;
- Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa videoların hazırlanması;
- Foto və video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə edilməsi;
- Sosial media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili;
- Həftəlik və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi.
Namizədə tələblər
- Kişi namizəd, yaş həddi: 30 yaş və yuxarı;
- SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
- Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik;
- Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı;
- Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya Canva biliyi üstünlükdür;
- CapCut, Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;
- ChatGPT, Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili biliyi üstünlükdür;
- Müstəqil, sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq bacarığı;
- Portfolio və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı.
Üstünlük veriləcək
- SMM və ya reklam agentliyində iş təcrübəsi;
- Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə;
- Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik.
İş şərtləri
- 6 günlük iş qrafiki: 10:00–18:00;
- Rəsmi əmək müqaviləsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 500–800 AZN.
Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə CV-nizi PDF formatında, portfolionuzu və idarə etdiyiniz səhifə və ya kampaniyalardan nümunələri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin.
Mobil: +994 50 270 34 00
WhatsApp: +994 50 277 55 92
İş telefonu: +994 12 441 49 49