Əsas məzmuna keç
GoJob

Sosial Media Marketinq (SMM) mütəxəssisi

Aura Məişət Texnikası MMCBakıda SMM mütəxəssisi vakansiyası

Maaş: 500 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
10 noyabr 2026
Son müraciət tarixi
10 dekabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə vakansiyalar

Vakansiya haqqında

Aura Məişət Texnikası MMC Bakının Nərimanov rayonunda SMM mütəxəssisi axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır.

Əsas vəzifələr

  • Facebook və Instagram səhifələrinin gündəlik idarə olunması;
  • Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının hazırlanması;
  • Mətn, vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması;
  • Meta Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili;
  • Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin düzgün seçilməsi;
  • Reklam büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi;
  • Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa videoların hazırlanması;
  • Foto və video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə edilməsi;
  • Sosial media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili;
  • Həftəlik və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi.

Namizədə tələblər

  • Kişi namizəd, yaş həddi: 30 yaş və yuxarı;
  • SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
  • Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik;
  • Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı;
  • Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya Canva biliyi üstünlükdür;
  • CapCut, Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;
  • ChatGPT, Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili biliyi üstünlükdür;
  • Müstəqil, sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq bacarığı;
  • Portfolio və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı.

Üstünlük veriləcək

  • SMM və ya reklam agentliyində iş təcrübəsi;
  • Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə;
  • Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik.

İş şərtləri

  • 6 günlük iş qrafiki: 10:00–18:00;
  • Rəsmi əmək müqaviləsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 500–800 AZN.

Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə CV-nizi PDF formatında, portfolionuzu və idarə etdiyiniz səhifə və ya kampaniyalardan nümunələri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin.

Mobil: +994 50 270 34 00

WhatsApp: +994 50 277 55 92

İş telefonu: +994 12 441 49 49

Oxşar vakansiyalar