Skip to content
GoJob

Büdcə və planlama - şöbə müdiri

“İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsiHead of department job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 6, 2026
Apply before
December 6, 2026

Finance, Banking & Insurance jobs in Baku

About this job

“İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsi is hiring a head of department in Baku. Full-time. Apply directly to the employer.

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi

Vəzifə öhdəlikləri:

  • İdarənin strateji hədəflərinə, illik fəaliyyət planına və inkişaf istiqamətlərinə uyğun olaraq gəlir və xərclər smetasının (konsolidə edilmiş büdcə layihəsinin) tərtib olunması prosesini təşkil etmək;
  • Dövlət büdcəsindən ayrılan təxsisatların, məqsədli subsidiyaların lazımi iqtisadi təsnifat kodları üzrə əsaslandırılmış smetalarını hazırlamaq, Maliyyə Nazirliyi və aidiyyəti dövlət qurumları ilə razılaşdırmaq;
  • Qoruq ərazisindən əldə olunan xüsusi daxilolmaların proqnozlaşdırılmasını həyata keçirmək;
  • İdarənin mərkəzi aparatının, müəssisələrinin və struktur bölmələrinin illik büdcə sorğularını toplamaq, təhlil etmək və xərclərin iqtisadi əsaslandırılmasını yoxlayaraq yekun büdcə layihəsini formalaşdırmaq;
  • Təsdiq olunmuş büdcə göstəricilərini rüblük və aylıq bölgülər üzrə tərtib etmək və daxili maliyyə sistemlərində əks etdirmək;
  • Dövlət subsidiyalarının təyinatı üzrə, səmərəli və qanunvericiliyə tam uyğun xərclənməsinə gündəlik daxili nəzarəti təmin etmək;
  • Xüsusi daxilolmalardan daxil olan vəsaitlərin formalaşması dinamikasını izləmək və xərclənməsinin təsdiq olunmuş daxili smetaya uyğunluğunu tənzimləmək;
  • Aylıq, rüblük və illik dövrlər üzrə büdcə icrası hesabatlarını hazırlamaq, faktiki xərclərlə planlaşdırılmış smeta göstəriciləri arasında kənaraçıxmaları təhlil etmək;
  • Subsidiya və xüsusi daxilolma fondları üzrə xərclərin optimallaşdırılması, ehtiyatların aşkar edilməsi və maliyyə intizamının gücləndirilməsi istiqamətində analitik arayışlar hazırlamaq;
  • Dövlət xəzinədarlığı (subsidiyalar üzrə) və kommersiya bank hesabları (xüsusi gəlirlər üzrə) daxilolmalarını nəzərə almaqla qısamüddətli və uzunmüddətli pul vəsaitlərinin hərəkəti proqnozunu (Cash Flow Forecasting) hazırlamaq;
  • Məhsul və xidmət satışından gələn real daxilolmalarla İdarənin öhdəlikləri arasında maliyyə balansını və likvidliyi qorumaq;
  • Gəlirlərin azalması və ya subsidiyaların yenidən bölüşdürülməsi risklərinə qarşı alternasiyalı maliyyə modelləri və ssenari təhlilləri qurmaq.

Namizədə dair tələblər:

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya analoji sahələr üzrə ali təhsil;
  • Təcrübə: Minimum 5 il iş təcrübəsi;
  • Sertifikat: Beynəlxalq sertifikatların olması  üstünlükdür;
  • Proqram bilikləri: 1C (8;3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili, İngilis və Rus dili bilikləri arzuolunandır;

Şəxsi keyfiyyətlər və Kompetensiyalar:

  • Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif etmək);
  • Yüksək problem həll etmə (problem-solving) və operativ qərarvermə bacarığı;
  • Güclü komanda ruhu; Stressə davamlılıq, yüksək nizam-intizam.

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Büdcə və planlama” qeyd olunması xahiş olunur

More jobs at “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsi

Jobs at “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsi