Büdcə və planlama - şöbə müdiri
“İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsiВакансия заведующего отделом в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 6 ноября 2026 г.
- Приём заявок до
- 6 декабря 2026 г.
- Категория
- Финансы, банк и страхование
Вакансии в категории «Финансы, банк и страхование» в городе Баку
О вакансии
“İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsi ищет заведующего отделом в Баку. Полная занятость. Отклик напрямую работодателю.
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Vəzifə öhdəlikləri:
- İdarənin strateji hədəflərinə, illik fəaliyyət planına və inkişaf istiqamətlərinə uyğun olaraq gəlir və xərclər smetasının (konsolidə edilmiş büdcə layihəsinin) tərtib olunması prosesini təşkil etmək;
- Dövlət büdcəsindən ayrılan təxsisatların, məqsədli subsidiyaların lazımi iqtisadi təsnifat kodları üzrə əsaslandırılmış smetalarını hazırlamaq, Maliyyə Nazirliyi və aidiyyəti dövlət qurumları ilə razılaşdırmaq;
- Qoruq ərazisindən əldə olunan xüsusi daxilolmaların proqnozlaşdırılmasını həyata keçirmək;
- İdarənin mərkəzi aparatının, müəssisələrinin və struktur bölmələrinin illik büdcə sorğularını toplamaq, təhlil etmək və xərclərin iqtisadi əsaslandırılmasını yoxlayaraq yekun büdcə layihəsini formalaşdırmaq;
- Təsdiq olunmuş büdcə göstəricilərini rüblük və aylıq bölgülər üzrə tərtib etmək və daxili maliyyə sistemlərində əks etdirmək;
- Dövlət subsidiyalarının təyinatı üzrə, səmərəli və qanunvericiliyə tam uyğun xərclənməsinə gündəlik daxili nəzarəti təmin etmək;
- Xüsusi daxilolmalardan daxil olan vəsaitlərin formalaşması dinamikasını izləmək və xərclənməsinin təsdiq olunmuş daxili smetaya uyğunluğunu tənzimləmək;
- Aylıq, rüblük və illik dövrlər üzrə büdcə icrası hesabatlarını hazırlamaq, faktiki xərclərlə planlaşdırılmış smeta göstəriciləri arasında kənaraçıxmaları təhlil etmək;
- Subsidiya və xüsusi daxilolma fondları üzrə xərclərin optimallaşdırılması, ehtiyatların aşkar edilməsi və maliyyə intizamının gücləndirilməsi istiqamətində analitik arayışlar hazırlamaq;
- Dövlət xəzinədarlığı (subsidiyalar üzrə) və kommersiya bank hesabları (xüsusi gəlirlər üzrə) daxilolmalarını nəzərə almaqla qısamüddətli və uzunmüddətli pul vəsaitlərinin hərəkəti proqnozunu (Cash Flow Forecasting) hazırlamaq;
- Məhsul və xidmət satışından gələn real daxilolmalarla İdarənin öhdəlikləri arasında maliyyə balansını və likvidliyi qorumaq;
- Gəlirlərin azalması və ya subsidiyaların yenidən bölüşdürülməsi risklərinə qarşı alternasiyalı maliyyə modelləri və ssenari təhlilləri qurmaq.
Namizədə dair tələblər:
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya analoji sahələr üzrə ali təhsil;
- Təcrübə: Minimum 5 il iş təcrübəsi;
- Sertifikat: Beynəlxalq sertifikatların olması üstünlükdür;
- Proqram bilikləri: 1C (8;3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, İngilis və Rus dili bilikləri arzuolunandır;
Şəxsi keyfiyyətlər və Kompetensiyalar:
- Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif etmək);
- Yüksək problem həll etmə (problem-solving) və operativ qərarvermə bacarığı;
- Güclü komanda ruhu; Stressə davamlılıq, yüksək nizam-intizam.
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Büdcə və planlama” qeyd olunması xahiş olunur