Skip to content
GoJob

Texniki işlər üzrə Şöbə müdiri

Azersun HoldingHead of department job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 14, 2026
Apply before
November 13, 2026

About this job

Azersun Holding is hiring a head of department in Baku. Full-time. Apply directly to the employer.

Azersun Holding də Kürdəmir rayonunda yerləşən istehsalat müəssisəmiz üçün texniki xidmət və təmir proseslərinin idarə olunması, avadanlıqların fasiləsiz fəaliyyətinin təmin edilməsi və texniki komandaya rəhbərlik edilməsi məqsədiylə "Texniki işlər üzrə Şöbə müdiri" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.

Namizədə tələblər:

  • Mexanika, Elektrotexnika, Elektroenergetika və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil;
  • Texniki xidmət və təmir sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə və ya texniki heyətin idarə olunmasında minimum 2 il təcrübə;
  • Mexaniki, elektrik, hidravlik və pnevmatik sistemlər üzrə biliklər;
  • Texniki çertyoj və sxemləri oxumaq bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Liderlik, analitik düşüncə və problem həll etmə bacarıqları.

Əsas vəzifə öhdəlikləri:

  • Texniki şöbənin fəaliyyətini planlaşdırmaq və idarə etmək;
  • İstehsalat avadanlıqlarının və mühəndis sistemlərinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Profilaktik baxım, cari və əsaslı təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək;
  • Texniki nasazlıqların səbəblərini araşdırmaq və təkrarlanmasının qarşısını almaq;
  • Texniki heyətin işini koordinasiya etmək və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Ehtiyat hissələrinin, texniki materialların və resursların səmərəli istifadəsinə nəzarət etmək;
  • Texniki hesabatların hazırlanmasını və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin etmək.

İş şəraiti

  • İş Qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00;
  • İş yeri: Kürdəmir rayonu
  • Nahar şirkət tərəfindən təmin olunur

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində: “Texniki işlər üzrə Şöbə müdiri”

More jobs at Azersun Holding

Jobs at Azersun Holding