Skip to content
GoJob
Back to jobs

İstilik Elektrik Mərkəzi üzrə Növbə mühəndisi

Azersun HoldingElectrician job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 20, 2026
Views
640
Applications
36
Apply before
December 20, 2026

Engineering & Technical jobs in Baku

About this job

Azersun Holding is hiring an electrician in Baku. Full-time. Apply directly to the employer.

Vəzifəyə tələblər:

  • Ali və ya orta ixtisas texniki təhsil;
  • İstilik Elektrik Mərkəzi (İEM) sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Yüksək analitik düşünmə və problem həll etmə bacarığı;
  • Operativ qərarvermə və komandanı idarəetmə bacarığı;
  • Xarici dil bilikləri əlavə üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • İEM-in bütün struktur bölmələrinin, o cümlədən qazan-turbin sahəsinin, elektrik bölməsinin, kimyəvi su təmizləmə sexinin, avtomatika sistemlərinin (NÖC və A) və mazut təsərrüfatının əlaqəli və fasiləsiz fəaliyyətini təmin etmək;
  • İstehsalatın tələbatına uyğun olaraq mazutun, texnoloji buxarın, isti suyun və elektrik enerjisinin müəyyən edilmiş təzyiq, temperatur və keyfiyyət parametrlərinə uyğun fasiləsiz təchizatını və tənzimlənməsini təşkil etmək;
  • Avadanlıqlarda nasazlıq və ya qəza halları (qaz sızması, buxar kəmərlərində zədələnmə, elektrik şəbəkəsində enerjinin kəsilməsi və s.) baş verdikdə operativ heyətin fəaliyyətinə rəhbərlik etmək, qəza vəziyyətinin təhlükəsiz şəkildə lokallaşdırılmasını təmin etmək, aidiyyəti istehsalat sahələrini məlumatlandırmaq və rəhbərliyə operativ hesabat vermək;
  • İEM-in əsas və köməkçi avadanlıqlarının, o cümlədən buxar qazanlarının, buxar turbinlərinin, kimyəvi su təmizləmə qurğularının və mazut təsərrüfatı kompleksinin cari, orta və əsaslı təmir işlərinin təsdiq edilmiş qrafiklərə, texnoloji reqlamentlərə və sənaye təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Mazut təsərrüfatına aid çənlərin, qızdırıcıların, nasosların, süzgəclərin və boru xətlərinin texniki vəziyyətinə mütəmadi nəzarət etmək, texniki xidmət və təmir işlərinin vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
  • Növbə ərzində baş verən əməliyyatlar, avadanlıqların texniki vəziyyəti və qeydə alınan nasazlıqlar barədə müvafiq növbə hesabatlarının hazırlanmasını və təhvil-təslim prosesinin düzgün aparılmasını təmin etmək.

İş vaxtının norması:

  • İş qrafiki: Növbəli

İş yeri:  

  • İmişli rayonu

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “İstilik Elektrik Mərkəzi üzrə Növbə mühəndisi” qeyd etməyiniz xahiş olunur.

More jobs at Azersun Holding

Jobs at Azersun Holding