Təchizatın planlaması üzrə mütəxəssis
Baku Steel CompanyTəchizatın planlaması üzrə mütəxəssis job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 10, 2026
- Apply before
- December 10, 2026
About this job
Baku Steel Company is hiring for the role “Təchizatın planlaması üzrə mütəxəssis” in Baku. Full-time. Apply directly to the employer.
Əsas vəzifə öhdəlikləri:
- Material, xammal, ehtiyat hissələri və avadanlıqlara olan tələbatın planlaşdırılması və təhlili;
- Qısa, orta və uzunmüddətli təchizat planlarının hazırlanması və yenilənməsi;
- SAP ERP sistemində satınalma tələblərinin (Purchase Requisition) hazırlanması və idarə edilməsi;
- Anbar ehtiyatlarının monitorinqi və optimal ehtiyat səviyyəsinin təmin edilməsi;
- Struktur bölmələrlə əməkdaşlıq edərək material tələbatı və çatdırılma müddətlərinin koordinasiyası;
- Təchizatçı sifarişlərinin icrasına və çatdırılma proseslərinə nəzarət;
- Material sərfiyyatının təhlili və gələcək tələbatın proqnozlaşdırılması;
- Satınalma, ehtiyatlar və planlaşdırma üzrə hesabatların hazırlanması;
- Təchizat və ehtiyatların idarə edilməsi proseslərinin təkmilləşdirilməsində iştirak;
- SAP sistemində məlumatların düzgünlüyünə nəzarət.
Tələblər
- Müvafiq mühəndislik ixtisasları üzrə ali təhsil (mütləq tələb);
- Təchizat, satınalma və ya planlaşdırma sahəsində minimum 5 il iş təcrübəsi;
- Ehtiyatların idarə olunması və tələbatın planlaşdırılması üzrə biliklər;
- MS Excel proqramını yüksək səviyyədə bilmək (PowerPoint biliyi üstünlükdür);
- SAP ERP, xüsusilə SAP MM və MRP modulları ilə işləmək bacarığı (üstünlükdür);
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- İngilis və rus dillərini texniki sənədlərlə və təchizatçılarla işləyə biləcək səviyyədə bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər:
- Analitik düşüncə;
- Planlaşdırma və təşkilatçılıq bacarığı;
- Detallara diqqətlilik;
- Böyük həcmdə məlumatlarla işləmək bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
- Məsuliyyətlilik və nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.