Əsas məzmuna keç
GoJob

Təchizatın planlaması üzrə mütəxəssis

Baku Steel CompanyBakıda təchizatın planlaması üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
10 noyabr 2026
Son müraciət tarixi
10 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar

Vakansiya haqqında

Baku Steel Company Bakıda «Təchizatın planlaması üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifə öhdəlikləri:

  • Material, xammal, ehtiyat hissələri və avadanlıqlara olan tələbatın planlaşdırılması və təhlili;
  • Qısa, orta və uzunmüddətli təchizat planlarının hazırlanması və yenilənməsi;
  • SAP ERP sistemində satınalma tələblərinin (Purchase Requisition) hazırlanması və idarə edilməsi;
  • Anbar ehtiyatlarının monitorinqi və optimal ehtiyat səviyyəsinin təmin edilməsi;
  • Struktur bölmələrlə əməkdaşlıq edərək material tələbatı və çatdırılma müddətlərinin koordinasiyası;
  • Təchizatçı sifarişlərinin icrasına və çatdırılma proseslərinə nəzarət;
  • Material sərfiyyatının təhlili və gələcək tələbatın proqnozlaşdırılması;
  • Satınalma, ehtiyatlar və planlaşdırma üzrə hesabatların hazırlanması;
  • Təchizat və ehtiyatların idarə edilməsi proseslərinin təkmilləşdirilməsində iştirak;
  • SAP sistemində məlumatların düzgünlüyünə nəzarət.

Tələblər

  • Müvafiq mühəndislik ixtisasları üzrə ali təhsil (mütləq tələb);
  • Təchizat, satınalma və ya planlaşdırma sahəsində minimum 5 il iş təcrübəsi;
  • Ehtiyatların idarə olunması və tələbatın planlaşdırılması üzrə biliklər;
  • MS Excel proqramını yüksək səviyyədə bilmək (PowerPoint biliyi üstünlükdür);
  • SAP ERP, xüsusilə SAP MM və MRP modulları ilə işləmək bacarığı (üstünlükdür);
  • Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
  • İngilis və rus dillərini texniki sənədlərlə və təchizatçılarla işləyə biləcək səviyyədə bilmək üstünlükdür.

Şəxsi keyfiyyətlər:

  • Analitik düşüncə;
  • Planlaşdırma və təşkilatçılıq bacarığı;
  • Detallara diqqətlilik;
  • Böyük həcmdə məlumatlarla işləmək bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik və nəticəyönümlülük.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Baku Steel Company şirkətinin digər vakansiyaları

Baku Steel Company vakansiyaları