Təhlükəsizlik xidmətinin əməkdaşı
Carlsberg AzerbaijanTəhlükəsizlik xidmətinin əməkdaşı job in Khirdalan
Salary: No salary given
- Location
- Xırdalan, Abşeron
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 20, 2026
- Apply before
- November 19, 2026
- Category
- Security
About this job
Carlsberg Azerbaijan is hiring for the role “Təhlükəsizlik xidmətinin əməkdaşı” in Khirdalan. Full-time. Apply directly to the employer.
İş şəraiti:
- Şirkətin təklifi: Nahar, və rəqabətədavamlı kompensasiya paketi.
- İş qrafiki: Növbəli iş qrafiki (xidmət müqaviləsi).
- İş yeri: Xırdalan şəhəri, Şamaxı şossesi.
Əsas vəzifə öhdəlikləri:
- Obyektlərdə təsdiq edilmiş buraxılış rejimini təmin etmək, o cümlədən sənədləri yoxlamaq;
- Obyektə daxil olan və obyektdən çıxan şəxslərə, eləcə də əraziyə gətirilən və ərazidən çıxarılan yüklərə nəzarət etmək;
- Şirkətin ərazisində əməkdaşların və ziyarətçilərin həyat və sağlamlığını qorumaq;
- Qəza və fövqəladə hallara operativ reaksiya vermək və şirkətin ərazisində təhlükəsizliyi təmin etmək;
- Oğurluq və digər qanunazidd hərəkətlərin qarşısını almaq.
Namizədlərə dair tələblər:
- Ali və ya orta ixtisas (texniki) təhsili;
- Təhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilmək; ingilis dili biliyi üstünlükdür;
- İdmançı bədən quruluşu.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Mühafizə və təhlükəsizliyin monitorinqinin əsasları üzrə biliklər;
- Diqqətlilik;
- Stressə davamlılıq;
- Növbəli iş qrafiki ilə işləməyə hazırlıq;
- Məsuliyyətlilik.
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı və məsuliyyətli vəzifəyə müraciət etmək istəyirsinizsə, zəhmət olmasa, CV-nizi aşağıdakı keçid vasitəsilə göndərin:
- https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
- https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Nəzərə alın ki, yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.