Əsas məzmuna keç
GoJob

Təhlükəsizlik xidmətinin əməkdaşı

Carlsberg AzerbaijanXırdalanda təhlükəsizlik xidmətinin əməkdaşı vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 oktyabr 2026
Son müraciət tarixi
19 noyabr 2026
Kateqoriya
Mühafizə

Vakansiya haqqında

Carlsberg Azerbaijan Xırdalanda «Təhlükəsizlik xidmətinin əməkdaşı» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti:

  • Şirkətin təklifi: Nahar, və rəqabətədavamlı kompensasiya paketi.
  • İş qrafiki: Növbəli iş qrafiki (xidmət müqaviləsi).
  • İş yeri: Xırdalan şəhəri, Şamaxı şossesi.

Əsas vəzifə öhdəlikləri:

  • Obyektlərdə təsdiq edilmiş buraxılış rejimini təmin etmək, o cümlədən sənədləri yoxlamaq;
  • Obyektə daxil olan və obyektdən çıxan şəxslərə, eləcə də əraziyə gətirilən və ərazidən çıxarılan yüklərə nəzarət etmək;
  • Şirkətin ərazisində əməkdaşların və ziyarətçilərin həyat və sağlamlığını qorumaq;
  • Qəza və fövqəladə hallara operativ reaksiya vermək və şirkətin ərazisində təhlükəsizliyi təmin etmək;
  • Oğurluq və digər qanunazidd hərəkətlərin qarşısını almaq.

Namizədlərə dair tələblər:

  • Ali və ya orta ixtisas (texniki) təhsili;
  • Təhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilmək; ingilis dili biliyi üstünlükdür;
  • İdmançı bədən quruluşu.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Mühafizə və təhlükəsizliyin monitorinqinin əsasları üzrə biliklər;
  • Diqqətlilik;
  • Stressə davamlılıq;
  • Növbəli iş qrafiki ilə işləməyə hazırlıq;
  • Məsuliyyətlilik.

Əlaqə:

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı və məsuliyyətli vəzifəyə müraciət etmək istəyirsinizsə, zəhmət olmasa, CV-nizi aşağıdakı keçid vasitəsilə göndərin:

Nəzərə alın ki, yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Carlsberg Azerbaijan şirkətinin digər vakansiyaları

Carlsberg Azerbaijan vakansiyaları