Skip to content
GoJob

Təminat şöbəsinin müdir müavini

Azerbaijan Energy Regulatory AgencyTəminat şöbəsinin müdir müavini job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Temporary
Posted
November 6, 2026
Apply before
December 6, 2026

Logistics, Warehouse & Procurement jobs in Baku

About this job

Azerbaijan Energy Regulatory Agency is hiring for the role “Təminat şöbəsinin müdir müavini” in Baku. Temporary. Apply directly to the employer.

Vəzifə öhdəlikləri

  • Şöbə müdirinin tapşırığına əsasən şöbənin fəaliyyətini əlaqələndirir və ona rəhbərlik edir, şöbəni təmsil edir, şöbə adından sənədləri imzalayır və razılaşdırılması üçün daxil olan sənədlərə viza verir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə qəbul edilmiş aktların icrasını təşkil edir və buna nəzarət edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına dair tələbatın müəyyənləşdirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak edir;
  • Satınalma məqsədilə bazar araşdırmasının aparılmasını, potensial təchizatçılardan qiymət təkliflərinin əldə edilməsini və təhlilini təşkil edir;
  • Satınalma predmetinin texniki xüsusiyyətlərinin və digər tələblərinin müəyyənləşdirilməsi, habelə satınalma prosedurları üçün zəruri sənədlərin hazırlanması məqsədilə müvafiq struktur bölmələrlə əməkdaşlıq edir;
  • Satınalma müqavilələrinin icrasına, malların (işlərin və xidmətlərin) müqavilə şərtlərinə uyğun təhvil alınmasına və müvafiq sənədləşməyə nəzarət edir;
  • Satın alınan mal və xidmətlərin qanunvericiliyin və daxili qaydaların tələblərinə uyğun olaraq təhvili və təslimi prosesinin icrasına nəzarət edir, sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir; 
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə hesabatların, arayışların və digər məlumatların hazırlanmasını təmin edir;
  • Şöbənin vəzifələrinin icrası ilə bağlı qayda və təlimatların hazırlanmasında, habelə onlara dəyişikliklərin edilməsində iştirak edir;
  • Səlahiyyətlərinə aid məsələlərlə bağlı tədbirlərdə iştirak edir, rəhbərliyin və şöbə müdirinin tapşırığına əsasən hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Şöbə müdirinin müvəqqəti olmadığı və ya vəzifələrini icra edə bilmədiyi hallarda, Şöbənin Əsasnaməsinə uyğun olaraq onun vəzifələrini həyata keçirir;

Tələblər

  • “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu”na daxil olan istiqamətlər üzrə ali təhsil;
  • Təchizat və dövlət satınalmaları sahəsində azı 5 il iş təcrübəsi, rəhbər vəzifədə isə azı 3 il iş təcrübəsi;
  • Dövlət satınalmaları sahəsini tənzimləyən qanunvericilik aktları (qanunlar, fərmanlar, qərarlar, qaydalar və digər normativ hüquqi aktlar) üzrə biliklərə malik olmaq;
  • Yaş həddinin 30–45 aralığında olması;
  • Təchizat zəncirinin idarə olunması sahəsində bilik və bacarıqlara malik olmaq;
  • Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmaq;
  • Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini və  rus dilini bilmək arzuolunandır;
  • Fikirlərini düzgün ifadə etmək və savadlı yazı qabiliyyətinə malik olmaq;
  • Müvafiq hesabatlarla (texniki hesabatlar, material hesabatları və aktlar) işləmək bacarığına malik olmaq;
  • MS Office proqramları üzrə yüksək səviyyədə biliklərə malik olmaq;
  • Kataloqlardan, internetdən və digər informasiya mənbələrindən istifadə etmək bacarığına malik olmaq.

İş şəraiti:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsinin müdir müavini) qeyd edin.

More jobs at Azerbaijan Energy Regulatory Agency

Jobs at Azerbaijan Energy Regulatory Agency