Təminat şöbəsinin müdir müavini
Azerbaijan Energy Regulatory AgencyBakıda təminat şöbəsinin müdir müavini vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Müvəqqəti
- Dərc olunub
- 6 noyabr 2026
- Son müraciət tarixi
- 6 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar
Vakansiya haqqında
Azerbaijan Energy Regulatory Agency Bakıda «Təminat şöbəsinin müdir müavini» vəzifəsinə işçi axtarır. Müvəqqəti iş. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
- Şöbə müdirinin tapşırığına əsasən şöbənin fəaliyyətini əlaqələndirir və ona rəhbərlik edir, şöbəni təmsil edir, şöbə adından sənədləri imzalayır və razılaşdırılması üçün daxil olan sənədlərə viza verir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə qəbul edilmiş aktların icrasını təşkil edir və buna nəzarət edir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına dair tələbatın müəyyənləşdirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak edir;
- Satınalma məqsədilə bazar araşdırmasının aparılmasını, potensial təchizatçılardan qiymət təkliflərinin əldə edilməsini və təhlilini təşkil edir;
- Satınalma predmetinin texniki xüsusiyyətlərinin və digər tələblərinin müəyyənləşdirilməsi, habelə satınalma prosedurları üçün zəruri sənədlərin hazırlanması məqsədilə müvafiq struktur bölmələrlə əməkdaşlıq edir;
- Satınalma müqavilələrinin icrasına, malların (işlərin və xidmətlərin) müqavilə şərtlərinə uyğun təhvil alınmasına və müvafiq sənədləşməyə nəzarət edir;
- Satın alınan mal və xidmətlərin qanunvericiliyin və daxili qaydaların tələblərinə uyğun olaraq təhvili və təslimi prosesinin icrasına nəzarət edir, sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə hesabatların, arayışların və digər məlumatların hazırlanmasını təmin edir;
- Şöbənin vəzifələrinin icrası ilə bağlı qayda və təlimatların hazırlanmasında, habelə onlara dəyişikliklərin edilməsində iştirak edir;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı tədbirlərdə iştirak edir, rəhbərliyin və şöbə müdirinin tapşırığına əsasən hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Şöbə müdirinin müvəqqəti olmadığı və ya vəzifələrini icra edə bilmədiyi hallarda, Şöbənin Əsasnaməsinə uyğun olaraq onun vəzifələrini həyata keçirir;
Tələblər
- “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu”na daxil olan istiqamətlər üzrə ali təhsil;
- Təchizat və dövlət satınalmaları sahəsində azı 5 il iş təcrübəsi, rəhbər vəzifədə isə azı 3 il iş təcrübəsi;
- Dövlət satınalmaları sahəsini tənzimləyən qanunvericilik aktları (qanunlar, fərmanlar, qərarlar, qaydalar və digər normativ hüquqi aktlar) üzrə biliklərə malik olmaq;
- Yaş həddinin 30–45 aralığında olması;
- Təchizat zəncirinin idarə olunması sahəsində bilik və bacarıqlara malik olmaq;
- Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmaq;
- Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini və rus dilini bilmək arzuolunandır;
- Fikirlərini düzgün ifadə etmək və savadlı yazı qabiliyyətinə malik olmaq;
- Müvafiq hesabatlarla (texniki hesabatlar, material hesabatları və aktlar) işləmək bacarığına malik olmaq;
- MS Office proqramları üzrə yüksək səviyyədə biliklərə malik olmaq;
- Kataloqlardan, internetdən və digər informasiya mənbələrindən istifadə etmək bacarığına malik olmaq.
İş şəraiti:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsinin müdir müavini) qeyd edin.