Skip to content
GoJob

Texniki ofis direktoru

STP-BTECHTexniki ofis direktoru job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 29, 2026
Apply before
November 28, 2026
Category
Engineering

Engineering jobs in Baku

About this job

STP-BTECH is hiring for the role “Texniki ofis direktoru” in Baku. Full-time. Apply directly to the employer.

Əsas vəzifə öhdəlikləri

  • Texniki ofisin fəaliyyətini idarə etmək, iş planlarını hazırlamaq və texniki heyətin fəaliyyətinə nəzarət etmək;
  • Texniki sənədlərin, çertyojların, layihələrin, spesifikasiyaların və hesablamaların hazırlanmasını, yoxlanılmasını və razılaşdırılmasını təmin etmək;
  • Yol nişanları, məlumat lövhələri, yol cizgiləri və təhlükəsizlik baryerləri üzrə texniki layihələrin hazırlanmasını və koordinasiyasını təşkil etmək;
  • Layihə sənədlərinin texniki tapşırıqlara, standartlara və normativ tələblərə uyğunluğuna nəzarət etmək;
  • Texniki ofis, istehsalat, satınalma, anbar və montaj bölmələri arasında koordinasiyanı təmin etmək;
  • İstehsalat və montaj prosesləri üçün zəruri texniki məlumatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət etmək;
  • Texniki uyğunsuzluqları və layihə risklərini müəyyən etmək, onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq;
  • Layihələrin icra müddətlərinə, texniki resurslara və xərclərin optimallaşdırılmasına nəzarət etmək;
  • Məhsulların keyfiyyət və texniki standartlara uyğunluğunun təmin edilməsində iştirak etmək;
  • Bütün texniki işlər üzrə Forma 2 sənədlərinin və yerləşmə planlarının düzgün, tam və müvafiq texniki tələblərə uyğun hazırlanmasını təmin etmək;
  • Forma 2 sənədləri və yerləşmə planları ilə bağlı sifarişçi qurumlarla görüşlər və işçi müzakirələri təşkil etmək, texniki məsələlərin razılaşdırılmasını təmin etmək;
  • Texniki ofisin fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlılığın və iş proseslərinin səmərəliliyinin artırılması üzrə tədbirlər görmək.

Namizədə dair tələblər

  • Mühəndislik, tikinti, mexanika ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 10 il iş təcrübəsi;
  • Texniki layihələndirmə, mühəndislik sənədləri və istehsalat prosesləri üzrə praktiki biliklər;
  • Texniki çertyojların oxunması, təhlili və hazırlanması üzrə biliklər;
  • AutoCAD proqramı ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • Layihələrin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət təcrübəsi;
  • Texniki standartlar və normativ sənədlərlə işləmək bacarığı;
  • Komandanı idarə etmək, iş bölgüsü aparmaq və qərar qəbul etmək qabiliyyəti;
  • Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarıqları;

Üstünlük hesab olunur:

  • Yol infrastrukturu, yol hərəkətinin təşkili, yol nişanları və təhlükəsizlik avadanlıqları sahəsində təcrübə;
  • Metal konstruksiyaların istehsalı və quraşdırılması üzrə biliklər;
  • Tender sənədləri, texniki təkliflər və layihə spesifikasiyalarının hazırlanması təcrübəsi;
  • ISO 9001 keyfiyyət idarəetmə sistemi üzrə biliklər;
  • İngilis və ya rus dili biliyi;
  • Layihə idarəetməsi üzrə əlavə təlim və sertifikatlar.

İş şəraiti

  • İş yeri: Sumqayıt
  • İş rejimi: Tam iş günü
  • Nahar təminatı
  • Nəqliyyat təminatı
  • Əməkhaqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Similar jobs