Vergi üzrə baş mütəxəssis
Avant ConstructionTax specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 30, 2026
- Apply before
- November 29, 2026
- Category
- Finance & Banking
About this job
Avant Construction is hiring a tax specialist in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər, əmlak və torpaq vergiləri üzrə hesablamaları və bəyannamələri hazırlamaq.
- Vergi öhdəliklərinin vaxtında və düzgün hesablanmasını həyata keçirmək.
DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanmasını həyata keçirmək. - Vergi və sosial sığorta öhdəlikləri üzrə vahid bəyannamələri hazırlamaq və vaxtında təqdim etmək.
Dövlət qurumlarının sorğularını cavablandırmaq və yaranmış uyğunsuzluqları aradan qaldırmaq. - Tikinti-quraşdırma işləri, podrat və subpodrat müqavilələri üzrə vergi öhdəliklərini təhlil etmək.
- Forma-2 aktları, görülmüş işlərin həcmi, avans ödənişləri və yekun hesablaşmaların vergi uçotunda düzgün əks etdirilməsini həyata keçirmək.
- Yaşayış və kommersiya obyektlərinin satışından yaranan vergi öhdəliklərini müəyyənləşdirmək.
- Müştərilərdən alınan avansların, hissəli ödənişlərin və satış əməliyyatlarının vergi uçotunda düzgün əks etdirilməsini həyata keçirmək
- Satış müqavilələri, təhvil-təslim aktları və elektron qaimələrin vergi baxımından uyğunluğunu yoxlamaq.
- Podratçı və təchizatçılardan daxil olan elektron qaimələrin düzgünlüyünü yoxlamaq.
- ƏDV-nin əvəzləşdirilməsi, hesablanması və ödənilməsi proseslərini idarə etmək.
- ƏDV depozit hesabı üzrə əməliyyatların düzgünlüyünü və üzləşməsini təmin etmək.
Podrat və xidmət müqavilələrinin vergi nəticələrini qiymətləndirmək. - Qeyri-rezidentlərlə əməliyyatlar üzrə vergi öhdəliklərini müəyyənləşdirmək.
- Vergi orqanlarından daxil olan sorğu və bildirişləri araşdırmaq və cavablandırmaq.
- Vergi orqanları ilə üzləşmələri aparmaq, borc və artıq ödəmələri izləmək.
- Vergi qanunvericiliyindəki dəyişikliklərin şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək.
- Qanunvericilik çərçivəsində vergi yükünün optimallaşdırılması üzrə təkliflər hazırlamaq.
- Vergi əməliyyatları üzrə daxili nəzarət prosedurlarının hazırlanmasında iştirak etmək.
Tələblər:
- Mühasibatlıq, maliyyə və vergi sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsinin olması;
- Vergi qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri - Çıraq Plaza
- Əmək haqqı müsahibə əsasında
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Vergi üzrə baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.