Xərclərə nəzarət üzrə mühəndis
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)Cost controller job in Baku
Salary: from 1,500 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 22, 2026
- Apply before
- November 21, 2026
- Category
- Finance & Banking
About this job
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) is hiring a cost controller in Baku. Full-time, salary 1,500 AZN. Apply directly to the employer.
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- Tikinti, bərpa və yenidənqurma layihələri üzrə büdcənin formalaşdırılması, xərclərə nəzarət edilməsi və xərc uçotunun aparılması;
- Layihə üzrə faktiki xərclərin smeta dəyəri və təsdiq olunmuş büdcə ilə müqayisəli təhlilinin aparılması, kənarlaşmaların aşkar edilməsi və səbəblərinin araşdırılması;
- İcraçı təşkilatlar tərəfindən təqdim olunan yerinə yetirilmiş işlərin təhvil-təslim aktlarının (Forma 2 sənədlərinin) yoxlanılması;
- Tikinti materialları, avadanlıqlar və xidmətlər üzrə xərclərin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
- Layihələrin icra qrafikinə uyğun olaraq maliyyə və xərc axınlarının izlənilməsi, proqnozların tərtib edilməsi;
- Ehtiyat və gözlənilməz xərclərin idarə olunması, əlavə işlər üzrə maliyyə qiymətləndirmələrinin aparılması;
- Aylıq, rüblük və illik xərc hesabatlarının, büdcə icra vəziyyəti haqqında arayış və təhlillərin rəhbərliyə təqdim olunması;
- Layihə üzrə aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək xərclərə operativ nəzarət mexanizminin tətbiq edilməsi.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya tikintinin iqtisadiyyatı sahəsində ali təhsil;
- Tikinti sahəsində (smeta və xərclərə nəzarət istiqamətində) ən azı 3–5 il iş təcrübəsi;
- Tikinti norma və qaydalarını, xərclərə nəzarət prinsiplərini dərindən bilməli;
- AutoCAD, MS Office (xüsusilə peşəkar səviyyədə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, rəqəmlərlə və maliyyə göstəriciləri ilə işləmək bacarığı, yüksək məsuliyyət və peşəkar sənəd intizamı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xərclərə nəzarət üzrə mühəndis” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
More jobs at Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Auditor job in BakuDövlət qurumu (İşğaldan azad olunmuş ərazi), Bakı
Cost estimator job in BakuDövlət qurumu (İşğaldan azad olunmuş ərazi), Bakı
Procurement specialist job in BakuDövlət qurumu (İşğaldan azad olunmuş ərazi), Bakı
Design engineer job in BakuDövlət qurumu (İşğaldan azad olunmuş ərazi), Bakı