Skip to content
GoJob

Yeni apteklərin təşkili üzrə kiçik mütəxəssis

Zeytun PharmaceuticalsYeni apteklərin təşkili üzrə mütəxəssis job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 22, 2026
Apply before
November 21, 2026

Human Resources jobs in Baku

About this job

Zeytun Pharmaceuticals is hiring for the role “Yeni apteklərin təşkili üzrə mütəxəssis” in Baku. Full-time. Apply directly to the employer.

Tələblər:

  • Ali təhsil;
  • Oxşar sahədə iş təcrübəsi üstünlükdür;
  • MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
  • Sənədlərlə dəqiq işləmək və hesabat hazırlamaq qabiliyyəti;
  • Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.

Vəzifə funksiyaları: 

  • İcarə müqavilələrinin razılaşdırılması və müəyyən edilmiş müddətdə imzalanması prosesini koordinasiya etmək;
  • Apteklərin təmir işlərinin təsdiq edilmiş qrafikə uyğun icrasını izləmək və mümkün gecikmələr barədə vaxtında məlumat vermək;
  • Avadanlıqlara olan tələbatın müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması, çatdırılma və quraşdırılma prosesinə nəzarət etmək;
  • Aptekin açılışı üçün ilkin mal qalığının müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması və malların vaxtında təmin edilməsini koordinasiya etmək;
  • Sahibkarlarla yekun hesablaşmalar üçün zəruri sənəd və məlumatların tam və düzgün təqdim edilməsini təmin etmək;
  • Müvafiq tələbnamələrin düzgün, tam və müəyyən olunmuş müddətdə hazırlanmasına nəzarət etmək;
  • Aptekin açılış tarixinədək işçi heyəti ilə təminat prosesini koordinasiya etmək;
  • Obyektlər üzrə icra planını yeniləmək, riskləri və gecikmələri vaxtında müəyyənləşdirmək, rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin edilir;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Yeni apteklərin təşkili üzrə kiçik mütəxəssis qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

More jobs at Zeytun Pharmaceuticals

Jobs at Zeytun Pharmaceuticals