Əsas məzmuna keç
GoJob

Yeni apteklərin təşkili üzrə kiçik mütəxəssis

Zeytun PharmaceuticalsBakıda yeni apteklərin təşkili üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Zeytun Pharmaceuticals Bakıda «Yeni apteklərin təşkili üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Tələblər:

  • Ali təhsil;
  • Oxşar sahədə iş təcrübəsi üstünlükdür;
  • MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
  • Sənədlərlə dəqiq işləmək və hesabat hazırlamaq qabiliyyəti;
  • Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.

Vəzifə funksiyaları: 

  • İcarə müqavilələrinin razılaşdırılması və müəyyən edilmiş müddətdə imzalanması prosesini koordinasiya etmək;
  • Apteklərin təmir işlərinin təsdiq edilmiş qrafikə uyğun icrasını izləmək və mümkün gecikmələr barədə vaxtında məlumat vermək;
  • Avadanlıqlara olan tələbatın müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması, çatdırılma və quraşdırılma prosesinə nəzarət etmək;
  • Aptekin açılışı üçün ilkin mal qalığının müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması və malların vaxtında təmin edilməsini koordinasiya etmək;
  • Sahibkarlarla yekun hesablaşmalar üçün zəruri sənəd və məlumatların tam və düzgün təqdim edilməsini təmin etmək;
  • Müvafiq tələbnamələrin düzgün, tam və müəyyən olunmuş müddətdə hazırlanmasına nəzarət etmək;
  • Aptekin açılış tarixinədək işçi heyəti ilə təminat prosesini koordinasiya etmək;
  • Obyektlər üzrə icra planını yeniləmək, riskləri və gecikmələri vaxtında müəyyənləşdirmək, rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin edilir;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Yeni apteklərin təşkili üzrə kiçik mütəxəssis qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

Zeytun Pharmaceuticals şirkətinin digər vakansiyaları

Zeytun Pharmaceuticals vakansiyaları