Перейти к содержимому
GoJob

İnzibati işlər üzrə aparıcı mütəxəssis

Foodcity AgroparkВакансия администратора в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Волонтёрство
Опубликовано
28 сентября 2026 г.
Приём заявок до
28 октября 2026 г.

Вакансии в категории «Управление персоналом» в городе Баку

О вакансии

Foodcity Agropark ищет администратора в Баку. Волонтёрство. Отклик напрямую работодателю.

Tələblər:

  • İdarəetmə, iqtisadiyyat, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil;
  • İnzibati işlər, ofis inzibatçılığı və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramları (yaxşı); 
  • Azərbaycan dilində sərbəst, rus dili üstünlükdür;
  • Dövlət qurumları, xidmət təminatçıları və struktur bölmələrlə işgüzar ünsiyyət və inzibati proseslərin koordinasiyası bacarığı;
  • Təşkilatçılıq, operativlik, işlərin icrasına nəzarət və hesabat hazırlamaq bacarığı.

Vəzifə öhdəlikləri:

  • Dövlət qurumları və şirkət arasında inzibati məsələlər üzrə əlaqələri və qarşılıqlı fəaliyyəti koordinasiya etmək; 
  • İcazə, sertifikat, rəy və digər inzibati sənədlərin alınması ilə bağlı müraciət və sənədləşmə proseslərini koordinasiya etmək; 
  • Ofis meneceri və qeydiyyatçıların gündəlik fəaliyyətini koordinasiya etmək, tapşırıqların icrasını izləmək; 
  • Ofis avadanlıqları, ləvazimatlar və digər inzibati resursların uçotunu və təminatını təşkil etmək; 
  • Ofisdə təmir, texniki xidmət, yerdəyişmə və digər təsərrüfat işləri üzrə müraciətlərin icrasını koordinasiya etmək; 
  • Yeni əməkdaşların inzibati ehtiyaclarla təmin olunmasını, eləcə də əməkdaş və ziyarətçilər üçün gündəlik ofis xidmətlərinin təşkilini təmin etmək; 
  • İnzibati xərclər və büdcə üzrə məlumatları toplamaq, hesabatların hazırlanmasına dəstək göstərmək; 
  • Rəhbər heyət və əməkdaşların işgüzar səfərlərini, nəqliyyat və digər əlaqəli inzibati məsələləri təşkil etmək; 
  • Şirkətə aid nəqliyyat vasitələri, əmlak və digər inzibati aktivlər üzrə sənədləşmə, texniki xidmət, sığorta və digər prosesləri izləmək; 
  • İnzibati proseslər üzrə tədbirlərin icrasını koordinasiya etmək, dövri hesabatlar üçün məlumatları hazırlamaq.

İş şərtləri və əlavə üstünlüklər:

  • İş yeri: Bakı şəhəri (Çıraq Plaza biznes mərkəzi);
  • İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00;
  • Ezamiyyətlərə açıq iş rejimi; 
  • Könüllü tibbi sığorta (3 ay sonra); 
  • “Dəyərlisən” mobil tətbiqi “PAŞA Loyallıq platforması.

Vakansiya ilə bağlı “İnzibati işlər üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

Другие вакансии компании Foodcity Agropark

Вакансии Foodcity Agropark