Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis
Foodcity AgroparkВакансия специалиста по финансам в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Волонтёрство
- Опубликовано
- 2 октября 2026 г.
- Приём заявок до
- 1 ноября 2026 г.
- Категория
- Финансы и банковское дело
Вакансии в категории «Финансы и банковское дело» в городе Баку
О вакансии
Foodcity Agropark ищет специалиста по финансам в Баку. Волонтёрство. Отклик напрямую работодателю.
Tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Büdcə planlaması, maliyyə analizi və hesabatlılıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Əsas şirkət və törəmə müəssisələr üzrə maliyyə uçotu və nəzarət proseslərində təcrübə;
- Analitik düşünmə, maliyyə planlaması və strukturlaşdırılmış hesabat hazırlama bacarığı;
- MS Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
- ERP sistemləri (1C və ya oxşar) ilə işləmə təcrübəsi;
- IFRS standartları üzrə biliklər;
- Analitik yanaşma, operativ qərarvermə və komanda ilə işləmək bacarığı;
- Azərbaycan dili – əla, İngilis və rus dilləri – işgüzar səviyyədə;
- ACCA (F5, F7, F9) – üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Rəhbərlik üçün aylıq, rüblük və illik idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Şirkətin illik və rüblük büdcəsini birbaşa hazırlamaq, törəmə müəssisələrin büdcələrinin hazırlanması prosesini isə koordinasiya etmək;
- Biznesin səmərəliliyini artırmaq məqsədilə maliyyə modelləri qurmaq, ssenari və həssaslıq analizləri aparmaq;
- Büdcə icrasına nəzarət etmək, faktiki və plan göstəricilərini müqayisəli təhlil edərək kənarlaşmalar üzrə analitik hesabatlar hazırlamaq;
- Büdcə və hesabatlılıq proseslərinin avtomatlaşdırılması və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Digər struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının dəqiqliyini və vaxtında təqdim edilməsini təmin etmək.
Əlavə imtiyaz və üstünlüklər:
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;
Vakansiya ilə bağlı “Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.