Akademik işlər üzrə mütəxəssis (Landau Academy)
Landau Education GroupAkademik işlər üzrə mütəxəssis — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı, Səbail
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 23 октября 2026 г.
- Приём заявок до
- 22 ноября 2026 г.
- Категория
- Образование
О вакансии
Landau Education Group ищет сотрудника на должность «Akademik işlər üzrə mütəxəssis» в Баку (район Сабаил). Полная занятость. Отклик напрямую работодателю.
Təsvir
- Landau Academy-nin kurs və təlim proqramlarının potensial iştirakçılara təqdim edilməsi və satışının həyata keçirilməsi;
- WhatsApp, telefon və digər kanallardan daxil olan müraciətlərin vaxtında cavablandırılması və izlənilməsi;
- Namizədlərə proqramların məzmunu, qiymətləri, qeydiyyat şərtləri və dərs cədvəlləri barədə dəqiq məlumat verilməsi;
- Potensial namizədlərlə ilkin görüş və müsahibələrin təşkilinə, qeydiyyat və ödəniş prosesinə dəstək göstərilməsi;
- Namizəd bazasının, satış statuslarının və iştirakçı məlumatlarının mütəmadi yenilənməsi;
- Təlim qruplarının yaradılması, iştirakçı siyahılarının hazırlanması və qrup kommunikasiyasının koordinasiyası;
- İştirakçıların dərs cədvəli, məkan, dəyişikliklər və təşkilati məsələlər barədə vaxtında məlumatlandırılması;
- Təlimçilərlə əlaqələndirmə, dərs materiallarının və təşkilati hazırlığın təmin edilməsinə dəstək;
- İştirakçıların sual və müraciətlərinin operativ həlli, xidmət keyfiyyətinin qorunması;
- Satış, qeydiyyat, davamiyyət və qrup fəaliyyəti üzrə tələb olunan hesabatların hazırlanması.
Tələblər
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
- İngilis dili biliyi;
- Satış və müştəriyönümlü ünsiyyət bacarığı;
- MS Office / Google Sheets ilə işləmə bacarığı;
- Məsuliyyət, dəqiqlik və təşkilatçılıq;
- Təhsil və ya kurs satışı sahəsində təcrübə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.