Əsas məzmuna keç
GoJob

Akademik işlər üzrə mütəxəssis (Landau Academy)

Landau Education GroupBakıda akademik işlər üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Səbail
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026
Kateqoriya
Təhsil

Bakı şəhərində Təhsil üzrə vakansiyalar

Vakansiya haqqında

Landau Education Group Bakının Səbail rayonunda «Akademik işlər üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Landau Academy-nin kurs və təlim proqramlarının potensial iştirakçılara təqdim edilməsi və satışının həyata keçirilməsi;
  • WhatsApp, telefon və digər kanallardan daxil olan müraciətlərin vaxtında cavablandırılması və izlənilməsi;
  • Namizədlərə proqramların məzmunu, qiymətləri, qeydiyyat şərtləri və dərs cədvəlləri barədə dəqiq məlumat verilməsi;
  • Potensial namizədlərlə ilkin görüş və müsahibələrin təşkilinə, qeydiyyat və ödəniş prosesinə dəstək göstərilməsi;
  • Namizəd bazasının, satış statuslarının və iştirakçı məlumatlarının mütəmadi yenilənməsi;
  • Təlim qruplarının yaradılması, iştirakçı siyahılarının hazırlanması və qrup kommunikasiyasının koordinasiyası;
  • İştirakçıların dərs cədvəli, məkan, dəyişikliklər və təşkilati məsələlər barədə vaxtında məlumatlandırılması;
  • Təlimçilərlə əlaqələndirmə, dərs materiallarının və təşkilati hazırlığın təmin edilməsinə dəstək;
  • İştirakçıların sual və müraciətlərinin operativ həlli, xidmət keyfiyyətinin qorunması;
  • Satış, qeydiyyat, davamiyyət və qrup fəaliyyəti üzrə tələb olunan hesabatların hazırlanması.

Tələblər

  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • İngilis dili biliyi;
  • Satış və müştəriyönümlü ünsiyyət bacarığı;
  • MS Office / Google Sheets ilə işləmə bacarığı;
  • Məsuliyyət, dəqiqlik və təşkilatçılıq;
  • Təhsil və ya kurs satışı sahəsində təcrübə.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Landau Education Group şirkətinin digər vakansiyaları

Landau Education Group vakansiyaları