Aqronom (İmişli)
Azersun HoldingВакансия агронома в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 30 октября 2026 г.
- Приём заявок до
- 29 ноября 2026 г.
- Категория
- Промышленность и сельское хозяйство
Вакансии в категории «Промышленность и сельское хозяйство» в городе Баку
О вакансии
Azersun Holding ищет агронома в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifəyə tələblər:
- Aqronomluq ixtisası üzrə ali təhsil;
- Aqronom vəzifəsində iş təcrübəsi;
- Bitkiçilik, xüsusilə dənli bitkilər və şəkər çuğundurunun becərilməsi üzrə biliklər;
- Aqrotexniki tədbirlər, gübrələmə, dərmanlama və bitki mühafizəsi sahəsində bilik və təcrübə;
- Torpaq münbitliyi, məhsuldarlığın artırılması və əkin proseslərinin təşkili üzrə biliklər;
- Ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Sahə şəraitində işləmək və operativ qərarlar qəbul etmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Xidmət göstərilən ərazidə kənd təsərrüfatı bitkiləri üzrə aqrotexniki və texnoloji qaydaların düzgün tətbiqini təmin etmək;
- Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, torpağın münbitliyinin qorunması və yüksəldilməsi məqsədilə zəruri tədbirləri həyata keçirmək;
- Kənd təsərrüfatına yararlı torpaq sahələrindən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadənin təşkilinə nəzarət etmək;
- Dənli bitkilərin sort və toxum əkinlərində, eləcə də çoxillik əkin sahələrində aqrotexniki qaydalara uyğun becərilmə prosesini izləmək;
- Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Şəkər çuğunduru istehsalı üzrə torpaq sahələrinin və toxum sortlarının seçilməsində, əkin, becərmə və yığım müddətlərinin müəyyən edilməsində iştirak etmək;
- Şəkər çuğundurunun əkilməsi, becərilməsi, xəstəlik və zərərvericilərdən mühafizəsi, məhsulun yığılması və təhvil verilməsi proseslərini təşkil etmək və onlara nəzarət etmək;
- Şəkər çuğunduru sahələrində gübrələmə və bitki mühafizə preparatlarının tətbiqinin müəyyən edilmiş müddətlərdə və aqrotexniki tələblərə uyğun aparılmasını təmin etmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi.
- İstirahət günü: Şənbə və Bazar günü.
İş Yeri:
- İmişli rayonu.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (İmişli)” qeyd etməyiniz xahiş olunur.