Skip to content
GoJob

Aqronom (İmişli)

Azersun HoldingAgronomist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 30, 2026
Apply before
November 29, 2026

Manufacturing & Agriculture jobs in Baku

About this job

Azersun Holding is hiring an agronomist in Baku. Full-time. Apply directly to the employer.

Vəzifəyə tələblər:

  • Aqronomluq ixtisası üzrə ali təhsil;
  • Aqronom vəzifəsində iş təcrübəsi;
  • Bitkiçilik, xüsusilə dənli bitkilər və şəkər çuğundurunun becərilməsi üzrə biliklər;
  • Aqrotexniki tədbirlər, gübrələmə, dərmanlama və bitki mühafizəsi sahəsində bilik və təcrübə;
  • Torpaq münbitliyi, məhsuldarlığın artırılması və əkin proseslərinin təşkili üzrə biliklər;
  • Ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Sahə şəraitində işləmək və operativ qərarlar qəbul etmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Xidmət göstərilən ərazidə kənd təsərrüfatı bitkiləri üzrə aqrotexniki və texnoloji qaydaların düzgün tətbiqini təmin etmək;
  • Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, torpağın münbitliyinin qorunması və yüksəldilməsi məqsədilə zəruri tədbirləri həyata keçirmək;
  • Kənd təsərrüfatına yararlı torpaq sahələrindən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadənin təşkilinə nəzarət etmək;
  • Dənli bitkilərin sort və toxum əkinlərində, eləcə də çoxillik əkin sahələrində aqrotexniki qaydalara uyğun becərilmə prosesini izləmək;
  • Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Şəkər çuğunduru istehsalı üzrə torpaq sahələrinin və toxum sortlarının seçilməsində, əkin, becərmə və yığım müddətlərinin müəyyən edilməsində iştirak etmək;
  • Şəkər çuğundurunun əkilməsi, becərilməsi, xəstəlik və zərərvericilərdən mühafizəsi, məhsulun yığılması və təhvil verilməsi proseslərini təşkil etmək və onlara nəzarət etmək;
  • Şəkər çuğunduru sahələrində gübrələmə və bitki mühafizə preparatlarının tətbiqinin müəyyən edilmiş müddətlərdə və aqrotexniki tələblərə uyğun aparılmasını təmin etmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi.
  • İstirahət günü: Şənbə və Bazar günü.

İş Yeri: 

  • İmişli rayonu.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.
  • Nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (İmişli)” qeyd etməyiniz xahiş olunur.

More jobs at Azersun Holding

Jobs at Azersun Holding