Daxili Auditor
Norm LLCВакансия аудитора в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Волонтёрство
- Опубликовано
- 16 октября 2026 г.
- Приём заявок до
- 15 ноября 2026 г.
- Категория
- Финансы и банковское дело
Вакансии в категории «Финансы и банковское дело» в городе Баку
О вакансии
Norm LLC ищет аудитора в Баку. Волонтёрство. Отклик напрямую работодателю.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km
Tələblər:
- CIPS sertifikasiyasına üstünlük verilir;
- İqtisadi sahədə (Maliyyə, Mühasibatlıq, Audit və s. ) ali bakalavr təhsili;
- Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
- MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- CIA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək;
- Süni İntellekt alətləri və onların audit fəaliyyətində tətbiqi üzrə biliklərə malik olmaq üstünlükdür.
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Daxili audit layihələrinin aparılmasında iştirak etmək;
- Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtibində iştirak etmək və icrasına məsul olmaq;
- Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında işçi faylları, memorandumlar, aktlar və s. hazırlamaq;
- Daxili audit tapşırıqları zamanı risklərin qiymətləndirilməsini aparmaq;
- Audit olunan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
- Audit layihələri üzrə hesabatları düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
- Daxili auditin aparılması üzrə yeni istiqamətlərin və qabaqcıl təcrübənin mütəmadi olaraq öyrənilməsi;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.