Əsas məzmuna keç
GoJob

Daxili Auditor

Bakıda auditor vakansiyasıNorm LLC

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Könüllü
Dərc olunub
16 oktyabr 2026
Son müraciət tarixi
15 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Norm LLC Bakıda auditor axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km

Tələblər:

  • CIPS sertifikasiyasına üstünlük verilir;
  • İqtisadi sahədə (Maliyyə, Mühasibatlıq, Audit və s. ) ali bakalavr təhsili;
  • Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
  • CIA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək;
  • Süni İntellekt alətləri və onların audit fəaliyyətində tətbiqi üzrə biliklərə malik olmaq üstünlükdür.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Daxili audit layihələrinin aparılmasında iştirak etmək; 
  • Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtibində iştirak etmək və icrasına məsul olmaq;
  • Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında işçi faylları, memorandumlar, aktlar və s. hazırlamaq;
  • Daxili audit tapşırıqları zamanı risklərin qiymətləndirilməsini aparmaq;
  • Audit olunan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
  • Audit layihələri üzrə hesabatları düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
  • Daxili auditin aparılması üzrə yeni istiqamətlərin və qabaqcıl təcrübənin mütəmadi olaraq öyrənilməsi;
  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi siğorta
  • Nəqliyyat
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Norm LLC şirkətinin digər vakansiyaları

Norm LLC vakansiyaları