Перейти к содержимому
GoJob

Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis

VeysəloğluВакансия аудитора в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı, Nizami
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
23 октября 2026 г.
Приём заявок до
22 ноября 2026 г.
Категория
Право

Вакансии в категории «Право» в городе Баку

О вакансии

Veysəloğlu ищет аудитора в Баку (район Низами). Полная занятость. Отклик напрямую работодателю.

"Veysəloğlu" MMC İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğunda, "Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Vəzifə öhdəlikləri:

  • Daxili nəzarət, daxili audit, təftiş və ya risklərin idarəedilməsi sahəsində praktiki iş təcrübəsi; 
  • Distribusiya, FMCG, pərakəndə satış və ya oxşar əməliyyat mühitində təcrübə üstünlükdür; 
  • Daxili nəzarət və yoxlama metodologiyaları üzrə praktiki biliklər; 
  • Biznes proseslərinin və mövcud nəzarət mexanizmlərinin təhlili üzrə praktiki bacarıq; 
  • Risk, nəzarət boşluğu və uyğunsuzluqları müəyyən etmək bacarığı; 
  • Yoxlama zamanı fakt və sübutların toplanması, təhlili və nəticələrin əsaslandırılması bacarığı; 
  • Aşkarlanmış uyğunsuzluqların kök səbəbinin (Root Cause Analysis) müəyyən edilməsi bacarığı; 
  • Düzəldici və preventiv tədbirlərin hazırlanması və icrasının izlənilməsi üzrə bilik; 
  • Prosedur və iş axışlarının təhlili, çatışmazlıqların müəyyənləşdirilməsi və təkmilləşdirmə təkliflərinin hazırlanması bacarığı; 
  • Microsoft Excel proqramında yaxşı səviyyədə işləmək və məlumatların təhlili bacarığı; 
  • SAP proqramında işləmək bacarığı üstünlükdür; 
  • Böyük həcmli məlumatların təhlili və uyğunsuzluqların müəyyən edilməsi bacarığı; 
  • Yoxlama nəticələri üzrə peşəkar hesabat və analitik təqdimat hazırlamaq bacarığı; 
  • Analitik və risk əsaslı düşüncə tərzi; 
  • Diqqətlilik, obyektivlik, və məxfilik; 
  • Yüksək ünsiyyət və əməkdaşlıq bacarıqları; 
  • Sahə yoxlamaları və ezamiyyətlərdə iştirak etməyə hazır olmaq.

Tələblər:

  • Ali (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı; problem həll etmə, analitik düşünmə bacarığı;
  • Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə etməsində ən azı 3 illik təcrübə;
  • Azərbaycan dilini əla bilməli, ingilis və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti arzu olunandır;
  • MS Office (Word və Excel), xüsusi ilə Excel proqramında təhlil və analitik işləmə bacarığı,  Mikro sistemlərindən və əl terminallarından istifadə etmək;
  • SAP biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin edilir

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ödənişi.

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.