Перейти к содержимому
GoJob

Təchizat üzrə Mütəxəssis

VeysəloğluВакансия специалиста по закупкам в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı, Nizami
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
11 ноября 2026 г.
Приём заявок до
11 декабря 2026 г.

Вакансии в категории «Логистика, склад и закупки» в городе Баку

О вакансии

Veysəloğlu ищет специалиста по закупкам в Баку (район Низами). Полная занятость. Отклик напрямую работодателю.

Əsas Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Menecment sahəsi üstünlükdür);
  • Satınalma və ya təchizat zəncirinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Satınalma və tender prosedurları, RFQ/RFP və satınalma sifarişlərinin (PO) idarə edilməsi üzrə biliklər;
  • Bazar araşdırması aparmaq və qiymət dalğalanmalarını təhlil etmək bacarığı;
  • Tədarükçülərlə effektiv ünsiyyət və güclü danışıqlar aparma qabiliyyəti;
  • MS Office (xüsusilə Excel) proqramlarında peşəkar işləmək bacarığı;
  • Analitik düşünmə, detallara diqqət, planlaşdırma və vaxtın effektiv idarə edilməsi bacarığı;
  • İşə məsuliyyətli yanaşma, işgüzar etika, komanda ilə işləmək və nəticəyönümlülük;
  • İngilis dilində kommersiya təkliflərini, texniki sənədləri və işgüzar yazışmaları oxuyub anlamaq bacarığı;

Əsas Vəzifə Öhdəlikləri:

  • Daxil olan satınalma tələblərindəki məlumatların dolğunluğunu yoxlamaq, qeyri-müəyyənlikləri aradan qaldırmaq və daxili sifarişçilərlə koordinasiya qurmaq;
  • Tender iştirakçılarının peşəkar uyğunluğunu yoxlamaq, Əsas Şərtlər Toplusunu hazırlayaraq tender elan etmək və təklif zərflərini toplamaq;
  • Tender komissiyasının iştirakı ilə zərflərin açılışını və iclaslarını təşkil etmək, müvafiq protokolları hazırlamaq;
  • Əvvəlcədən müəyyən edilmiş texniki, kommersiya və digər qiymətləndirmə meyarlarına əsasən təkliflərin müqayisə cədvəlini hazırlamaq, uyğun təklifi komissiyaya tövsiyə etmək və təsdiqini almaq;
  • Potensial tədarükçüləri araşdırmaq, onlarla danışıqlar aparmaq, endirim sorğuları göndərmək və qalib namizədlərin istehsalat/anbar sahələrinə ziyarətlər etmək;
  • Tədarükçülərin qiymət, keyfiyyət, çatdırılma müddəti və müqavilə öhdəliklərinə riayət etməsi üzrə performansını qiymətləndirmək və təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Təsdiq edilmiş təklif üzrə satınalma sifarişini (PO) formalaşdırmaq, imzalatmaq və malların təyin olunmuş ünvana vaxtında çatdırılmasını təqib etmək;
  • Anbara çatdırılan sifarişlərdə uyğunsuzluq olarsa, tədarükçü ilə problemi həll etmək və təchiz olunan malların keyfiyyət analizini aparmaq;
  • Satınalma sifarişi, çatdırılma və hesablaşma sənədlərinin doğruluğunu yoxlamaq, müqavilələrin hazırlanmasını koordinasiya etmək və rəhbərliyə mütəmadi hesabatlar vermək;
  • Sifariş yekunlaşdıqdan sonra tədarükçünün performansını dəyərləndirmək və gələcək əməkdaşlıq üçün sistemli analizlər aparmaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Другие вакансии компании Veysəloğlu

Вакансии Veysəloğlu