Перейти к содержимому
GoJob

İT biznes analitik

Ultra TechnologiesВакансия бизнес-аналитика в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
2 ноября 2026 г.
Приём заявок до
2 декабря 2026 г.

Вакансии в категории «Информационные технологии» в городе Баку

О вакансии

Ultra Technologies ищет бизнес-аналитика в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Namizədə tələblər

  • İT Biznes Analitik (BA) vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi üzrə bilik və təcrübə;
  • BRD (Business Requirements Document) sənədinin hazırlanması bacarığı;
  • Biznes proseslərinin təhlili və BPMN notasiya standartlarına uyğun proses diaqramlarının hazırlanması bacarığı;
  • Funksional və qeyri-funksional tələblərin müəyyənləşdirilməsi və sənədləşdirilməsi;
  • User Story və Acceptance Criteria hazırlanması üzrə biliklər;
  • Jira və Confluence kimi layihə idarəetmə və sənədləşdirmə alətləri ilə işləmə bacarığı;
  • Agile/Scrum metodologiyası üzrə anlayış;
  • API və sistemlərarası inteqrasiya prinsipləri haqqında ilkin texniki biliklər;
  • Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
  • Komanda ilə işləmək və tapşırıqları müstəqil idarə etmək bacarığı.

Vəzifə öhdəlikləri

  • Biznes tərəfdən daxil olan tələblərin toplanması, təhlili və dəqiqləşdirilməsi;
  • Biznes tələbləri əsasında BRD sənədlərinin hazırlanması və aktual saxlanılması;
  • Mövcud biznes proseslərinin araşdırılması, təhlili və təkmilləşdirmə təkliflərinin hazırlanması;
  • Biznes proseslərinin BPMN diaqramları vasitəsilə modelləşdirilməsi;
  • Biznes tələblərinin funksional tapşırıqlara çevrilməsi və developer komandası üçün aydın şəkildə sənədləşdirilməsi;
  • User Story, Acceptance Criteria və digər zəruri analitik sənədlərin hazırlanması;
  • Biznes tərəf, layihə rəhbəri, proqramçılar və test komandası arasında effektiv kommunikasiyanın təmin edilməsi;
  • Hazırlanmış funksionallığın biznes tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə ilkin funksional testlərin həyata keçirilməsi;
  • İnkişaf prosesi zamanı yaranan sualların cavablandırılması və tələblərin dəqiqləşdirilməsi;
  • Layihə üzrə görüşlərdə, sprint planlama və digər Agile/Scrum proseslərində iştirak;
  • Tələblərdə baş verən dəyişikliklərin izlənilməsi və müvafiq sənədlərin yenilənməsi.

Üstünlük hesab olunur

  • İT layihələrinin hazırlanması və tətbiqi proseslərində iştirak təcrübəsi;
  • REST API və Postman ilə işləmə üzrə ilkin biliklər;

İş şəraiti:

  • Həftəlik tam iş qrafiki – 09:00-18:00
  • Iş yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Другие вакансии компании Ultra Technologies

Вакансии Ultra Technologies