İT biznes analitik
Ultra TechnologiesBakıda biznes analitik vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 2 noyabr 2026
- Son müraciət tarixi
- 2 dekabr 2026
- Kateqoriya
- İnformasiya Texnologiyaları
Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar
Vakansiya haqqında
Ultra Technologies Bakıda biznes analitik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Namizədə tələblər
- İT Biznes Analitik (BA) vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi üzrə bilik və təcrübə;
- BRD (Business Requirements Document) sənədinin hazırlanması bacarığı;
- Biznes proseslərinin təhlili və BPMN notasiya standartlarına uyğun proses diaqramlarının hazırlanması bacarığı;
- Funksional və qeyri-funksional tələblərin müəyyənləşdirilməsi və sənədləşdirilməsi;
- User Story və Acceptance Criteria hazırlanması üzrə biliklər;
- Jira və Confluence kimi layihə idarəetmə və sənədləşdirmə alətləri ilə işləmə bacarığı;
- Agile/Scrum metodologiyası üzrə anlayış;
- API və sistemlərarası inteqrasiya prinsipləri haqqında ilkin texniki biliklər;
- Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
- Komanda ilə işləmək və tapşırıqları müstəqil idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri
- Biznes tərəfdən daxil olan tələblərin toplanması, təhlili və dəqiqləşdirilməsi;
- Biznes tələbləri əsasında BRD sənədlərinin hazırlanması və aktual saxlanılması;
- Mövcud biznes proseslərinin araşdırılması, təhlili və təkmilləşdirmə təkliflərinin hazırlanması;
- Biznes proseslərinin BPMN diaqramları vasitəsilə modelləşdirilməsi;
- Biznes tələblərinin funksional tapşırıqlara çevrilməsi və developer komandası üçün aydın şəkildə sənədləşdirilməsi;
- User Story, Acceptance Criteria və digər zəruri analitik sənədlərin hazırlanması;
- Biznes tərəf, layihə rəhbəri, proqramçılar və test komandası arasında effektiv kommunikasiyanın təmin edilməsi;
- Hazırlanmış funksionallığın biznes tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə ilkin funksional testlərin həyata keçirilməsi;
- İnkişaf prosesi zamanı yaranan sualların cavablandırılması və tələblərin dəqiqləşdirilməsi;
- Layihə üzrə görüşlərdə, sprint planlama və digər Agile/Scrum proseslərində iştirak;
- Tələblərdə baş verən dəyişikliklərin izlənilməsi və müvafiq sənədlərin yenilənməsi.
Üstünlük hesab olunur
- İT layihələrinin hazırlanması və tətbiqi proseslərində iştirak təcrübəsi;
- REST API və Postman ilə işləmə üzrə ilkin biliklər;
İş şəraiti:
- Həftəlik tam iş qrafiki – 09:00-18:00
- Iş yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.