Dəmir-beton və metal konstruksiyalar üzrə mühəndis
KristalDəmir-beton və metal konstruksiyalar üzrə mühəndis — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı, Nəsimi
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 28 октября 2026 г.
- Приём заявок до
- 27 ноября 2026 г.
- Категория
- Инженерия
О вакансии
Kristal ищет сотрудника на должность «Dəmir-beton və metal konstruksiyalar üzrə mühəndis» в Баку (район Насими). Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- Dəmir-beton və metal konstruksiya işlərinin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasını təşkil etmək;
- Qəlib, armatur və beton işlərinin keyfiyyətinə və texnoloji ardıcıllığına nəzarət etmək;
- Armaturun sinfi, diametri, sayı, addımı, ankerlənmə və bindirmə uzunluqlarının, həmçinin betonun qoruyucu qatının layihəyə uyğunluğunu yoxlamaq;
- Beton tökülməzdən əvvəl qəlib və armatur işlərinin yoxlanılmasında, gizli işlər aktlarının hazırlanmasında iştirak etmək;
- Betonun qəbulu, yerləşdirilməsi, vibrasiya ilə sıxlaşdırılması və beton səthinə qulluğa nəzarət etmək;
- Metal konstruksiyaların montajına, anker boltlarına, boltlu və qaynaq birləşmələrinin layihəyə uyğun icrasına nəzarət etmək;
- Briqada və subpodratçıların gündəlik işlərini əlaqələndirmək, görülən işlərin həcmini yoxlamaq;
- Material tələbatını müəyyənləşdirmək, sahəyə daxil olan materialların uyğunluğunu və sərfiyyatını izləmək;
- Gündəlik iş hesabatlarını hazırlamaq, uyğunsuzluqları qeydə almaq və aradan qaldırılmasını izləmək;
- Sahədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Dəmir-beton və metal konstruksiya işləri üzrə sahədə minimum 3 il iş təcrübəsi;
- Qəlib, armatur, beton və metal konstruksiya montajı prosesləri üzrə praktiki biliklər;
- Layihələri, işçi cizgiləri, armatur və metal konstruksiya spesifikasiyalarını oxumaq bacarığı;
- Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və təhlükəsizlik tələbləri üzrə biliklər;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- İşçi heyətini idarə etmək, operativ qərar vermək və texniki məsələləri həll etmək bacarığı;
- Məsuliyyət, dəqiqlik və təşkilatçılıq.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük
- Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.