Energetika sektoru üzrə kiçik satış mühəndisi
EnergazerEnergetika sektoru üzrə satış mühəndisi — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı, Nərimanov
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 26 октября 2026 г.
- Приём заявок до
- 25 ноября 2026 г.
- Категория
- Продажи
О вакансии
Energazer ищет сотрудника на должность «Energetika sektoru üzrə satış mühəndisi» в Баку (район Нариманов). Полная занятость. Отклик напрямую работодателю.
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat / Ofisdə
Sahə: Energetika / Texniki xidmətlərin satışı / B2B
Vəzifə haqqında
- Energetika xidmətləri üçün aktiv satış kanalları yaradan, yeni müştərilərlə əlaqələr quran və texniki-kommersiya təklifləri hazırlayan kiçik satış mühəndisi axtarırıq.
Vəzifə öhdəlikləri
- Aktiv B2B satış kanallarının yaradılması və korporativ müştərilərin cəlb edilməsi;
- Enerji auditi, enerji effektivliyi, avadanlıq sınaqları, inspeksiya və enerji monitorinqi xidmətlərinin təqdimatı;
- Texniki və kommersiya təkliflərinin hazırlanması;
- Müştəri tələblərinin toplanması və mühəndislik komandası ilə koordinasiya;
- Görüşlərin, təqdimatların və ilkin satış danışıqlarının təşkili;
- Tenderlərin izlənilməsi, satış pipeline-ının və həftəlik hesabatların aparılması.
Əsas kvalifikasiya tələbləri
- Elektrik mühəndisliyi, energetika və ya müvafiq texniki sahədə ali təhsil;
- Texniki satış, B2B satış və ya mühəndislik üzrə 0–2 il təcrübə;
- Yeni müştərilərlə əlaqə qurmaq və aktiv satış aparmaq bacarığı;
- Texniki-kommersiya təkliflərinin hazırlanmasına maraq və analitik yanaşma;
- Enerji infrastrukturu və elektrik avadanlıqları üzrə ilkin biliklər;
- MS Excel və PowerPoint ilə yaxşı işləmək; güclü ünsiyyət bacarığı.
Üstünlük veriləcək
- İngilis və rus dillərini bilmək;
- Energetika sektorunda satış və tender təcrübəsi;
- CRM və korporativ satış alətləri ilə iş bacarığı.
Təklif edirik
- Sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus;
- Real enerji layihələri, təlim və karyera inkişafı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: Junior Sales Engineer