Enerji effektivliyi və enerji auditləri üzrə Memar
EnergazerВакансия архитектора в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı, Nərimanov
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 26 октября 2026 г.
- Приём заявок до
- 25 ноября 2026 г.
- Категория
- Инженерия
О вакансии
Energazer ищет архитектора в Баку (район Нариманов). Полная занятость. Отклик напрямую работодателю.
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat / Ofisdə
Sahə: Enerji effektivliyi / Enerji auditi / Bina zərfi
Vəzifə haqqında
- Binaların enerji auditlərində aktiv iştirak edəcək, obyektlərdə baxış və ölçmələr aparacaq, bina zərfinin istilik-texniki göstəricilərini təhlil edib texniki hesabatlar və təkliflər hazırlayacaq təcrübəli memar axtarırıq.
Vəzifə öhdəlikləri
- Enerji auditlərində binaların memarlıq və bina zərfi (divar, dam, döşəmə, pəncərə və qapılar) üzrə texniki qiymətləndirilməsi;
- Obyektlərdə vizual baxış, ölçü götürmə və mövcud vəziyyətin foto və çertyojlarla sənədləşdirilməsi;
- Termal kamera ilə istilik körpülərinin, hava sızmalarının və izolyasiya çatışmazlıqlarının müəyyən edilməsi;
- Konstruksiyaların istilik ötürmə əmsallarının (U-dəyəri) və istilik itkilərinin hesablanması;
- Mövcud vəziyyət (as-built) çertyojlarının və enerji modeli üçün bina həndəsəsinin hazırlanması;
- İstilik izolyasiyası, fasad və pəncərə üzrə enerjiyə qənaət tədbirlərinin (ECM) hazırlanması və maya dəyərinin qiymətləndirilməsi;
- Enerji auditi hesabatlarının memarlıq hissəsinin hazırlanması; layihə komandası və müştərilərlə koordinasiya.
Əsas kvalifikasiya tələbləri
- Memarlıq üzrə ali təhsil;
- Memarlıq və ya layihələndirmə sahəsində minimum 3 il peşəkar iş təcrübəsi (mütləqdir);
- AutoCAD və Revit və ya ArchiCAD proqramlarında sərbəst işləmək;
- Tikinti materiallarının istilik-texniki xüsusiyyətləri və izolyasiya həlləri üzrə biliklər;
- Tikinti normaları və qaydaları (AzDTN, SNiP) üzrə biliklər; texniki hesabat hazırlamaq bacarığı;
- MS Excel ilə işləmək; regionlara ezamiyyətə hazır olmaq.
Üstünlük veriləcək
- Enerji auditi, enerji effektivliyi və ya yaşıl bina layihələrində təcrübə;
- DesignBuilder, EnergyPlus və ya digər enerji modelləşdirmə proqramları; termal kamera ilə iş təcrübəsi;
- LEED, BREEAM, EN ISO 6946, EN ISO 13790 üzrə biliklər; ingilis və rus dilləri.
Təklif edirik
- Enerji auditi və enerji effektivliyi layihələrində iştirak;
- Təcrübəyə uyğun əməkhaqqı və inkişaf imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: Architect – Energy Efficiency & Energy Audit