Перейти к содержимому
GoJob
Назад к списку вакансий

Layihəçi-inşaat mühəndisi

Qartal Tikinti FirmasıВакансия инженера-строителя в Сумгаите

Зарплата: Зарплата не указана

Локация
Sumqayıt
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
19 ноября 2026 г.
Просмотры
701
Отклики
41
Приём заявок до
19 декабря 2026 г.

О вакансии

Qartal Tikinti Firması ищет инженера-строителя в Сумгаите. Полная занятость. Отклик напрямую работодателю.

İşəgötürən: Qartal Tikinti Firması

Əmək haqqı: Vergilər çıxıldıqdan sonra 1000 AZN (İşin irəliləyişində rəhbərlik tərəfindən əmək haqqı artırıla bilər.)

İş yeri: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə Qartal Tikinti  firmasının Baş ofisi

Tələblər:

  • Memarlıq və İnşaat Universitetinin “sənaye və mülki tikinti” və “memarlıq” ixtisasları üzrə ali təhsil;
  • Sənaye və mülki tikintilərin layihələrinin çəkilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
  • Layihələndirmə işləri üçün proqramları bilməlidir (Autocad, Archicad, Tekla Structural arzuolunandır ) 
  • Microsoft office proqramlarını (word, excel, outlook və s.) bilməlidir;
  • Həm memarlıq, həm də konstruksiya layihələrində işləməyi bacarmalı; 
  • Layihə olunacaq obyektin texniki göstəricilərinin və material sərfini hesablamağı bacarmalıdır; 
  • Firmanın yerinə yetirdiyi işlər üzrə işçi və icra layihələrini işləməyi bacarmalıdır;
  • İşlənib hazırlanmış layihələri firmanın bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırıb, son versiyanı rəhbərliyə təqdim etməlidir; 
  • Namizədin yaşı 25-35 olması tələb olunur;
  • Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
  • B kateqoriya sürücülük vəsiqəsinin olması arzuolunandır.

İş haqqında məlumat:

  • Mülki tikintilərin, inzibati binaların, ofis layihələrinin, memarlıq, konstruksiya hissəsinin çertyojlarının və 3 ölçülü görünüşlərinin müvafiq proqramlarda hazırlanması.
  • Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərə uyğun görülməsinə nəzarət edilməsi;
  • Layihələr üzrə iş həcmlərinin çıxarılması və qiymətləndirmə üçün təqdim olunması.
  • İşçi və eskiz layihələrinin Qartal Tikinti Firmasının tələb etdiyi formatda hazırlayıb firmanın direktoru ilə razılaşdırmalı və direktorun iradlarının aradan qaldırılması üçün etab-etab firmanın direktoruna göndərməli.

İş şəraiti:

  • İş saatı 09:00-18:00;
  • İstirahət günü - Şənbə və Bazar günləri;
  • Nahar firma tərəfindən təmin edilir.

CV-nizi Müraciət et düyməsində qeyd olunan email ünvanına, mövzu hissəsində Layihəçi-inşaat mühəndisi yazmaqla göndərin. 

Əlaqə telefonu: +994 50 283 00 69 (CV-lər nəzərdən keçirildikdən sonra uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.)

Əlaqələndirici şəxs: Ülkər Muradova

Другие вакансии компании Qartal Tikinti Firması

Вакансии Qartal Tikinti Firması