Перейти к содержимому
GoJob
Назад к списку вакансий

Peşəkar Qaynaqçı

Qartal Tikinti FirmasıВакансия сварщика в Сумгаите

Зарплата: от 1 200 ₼ / мес.

Локация
Sumqayıt
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
19 ноября 2026 г.
Просмотры
719
Отклики
35
Приём заявок до
19 декабря 2026 г.

О вакансии

Qartal Tikinti Firması ищет сварщика в Сумгаите. Полная занятость, зарплата 1 200 AZN. Отклик напрямую работодателю.

İşəgötürən: Qartal Tikinti Firması

Əmək haqqı: Vergilər çıxıldıqdan sonra 1200 AZN 

İş yeri: Qartal Tikinti Firmasının istehsalat sahəsi- Sumqayıt şəhər, Çerkassi küçəsi 220. və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri.

Tələblər:

  • Müasir qaynaq aparatıları ilə işləməyi bacarmalıdır. 
  • Metal  konstruksiya və boru qaynağı (6G) işlərində  ən azı 3 il iş təcrübəsi olmalı, qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir;
  • İş Proseduru  və Riski Dəyərləndirməni  başa  düşməli  və  tələbləri  həyata  keçirməlidir;
  • Qaynaq  edərkən  Qaynaq  Prosedurunun tələblərinə  uyğun işini qurmalı, qaynaq  tikişlərini  Qaynaq  Prosedurunun Spesifikasiyasına (WPS) uyğun  yerinə yetirməyi  bacarmalıdır;
  • İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməlidir;
  • Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.

İş haqqında məlumat:

  • Qurudakı və dənizdəki obyektlərdə metal konstruksiya və boru qaynağı işləri yerinə yetiriləcəkdir.
  • Qartal Tikinti Firmasının metal-konstruksiya sexində, Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal konstruksiyaları qaynaq etməlidir; 
  • Sifarişçinin  obyektlərində  əvvəlcədən hazırlanmış  metal  konstruksiyaları sxemə  uyğun  quraşdırılması üçün qaynaq edəcəkdir. Metal kəsmə və montaj işlərini də bacarmalıdır. 

İş şəraiti:

  • İş saatı 08:00-18:00-dək;
  • İstirahət günü - Bazar günləri; Normadan  əlavə  iş saatlarının  dəyəri bir iş gününün əmək haqqına əlavə ödəniləcəkdir.
  • İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir.
  • İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir;
  • İş görüləcək obyektlər əsasən Qartal Tikinti Firmasının metal konstruksiya sexi və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri.

Əlaqə vasitələri:

CV-nizi Müraciət et düyməsində qeyd olunan email ünvanına, mövzu hissəsində montajçı yazmaqla göndərin. Əgər CV-niz yoxdursa aşağıda qeyd olunmuş əlaqə nömrəsinin whatsappına ad, soyad, yaşınız, yaşayış yeriniz, iş təcrübəniz (iş yeri və görülən işlər göstərilməklə), əldə etdiyiniz sertifikatlar, montajçı işiylə bağlı bacarıqlarınız və s. haqda məlumatlarınızı göndərin.

Əlaqə telefonu: +994 50 283 00 69 nömrəsinə müstəsna halda zəng edə bilərsiniz. 1-5-ci günlər Saat 9:00-18:00-a qədər. Whatsapp nömrəsinə və e-mail adressinə göndərilən məlumatlar nəzərdən keçirildikdən sonra uyğun namizədlərlə əlaqə saxlanılacaqdır 

Əlaqələndirici şəxs: Ülkər Muradova

Telefon: +994 50 283 00 69

Другие вакансии компании Qartal Tikinti Firması

Вакансии Qartal Tikinti Firması