Перейти к содержимому
GoJob

İnsan Resursları üzrə Mütəxəssis / Menecer

FiberNETВакансия HR-специалиста в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
2 ноября 2026 г.
Приём заявок до
2 декабря 2026 г.

Вакансии в категории «Управление персоналом» в городе Баку

О вакансии

FiberNET ищет HR-специалиста в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Məşğulluq növü: Tam iş günü (Full-time)

İşin Təsviri

Şirkətin kadr ehtiyaclarının (xüsusilə şəbəkə/IT mühəndisləri, GPON/montaj texnikləri, B2B/B2C satış və müştəri xidmətləri heyəti) operativ ödənilməsi, daxili KPI/performans sisteminin qurulması, HR kargüzarlığının aparılması və korporativ mədəniyyətin inkişaf etdirilməsi.

Əsas Öhdəliklər

  • İşəqəbul (Recruitment): Texniki və inzibati vakansiyalar üzrə işəqəbul prosesini idarə etmək (müsahibələrin təşkili, qiymətləndirmə).
  • KPI və Performans İdarəetməsi: Şöbələr (xüsusilə GPON texniki heyəti, müştəri xidmətləri, satış və IT) üzrə performans göstəricilərinin (KPI/OKRs) təyin edilməsi, dövrü hesablanması və hesabatlılığın aparılması. KPI nəticələrinə əsasən aylıq/rüblük bonus və motivasiya sisteminin hesablanıb rəhbərliyə təqdim edilməsi.
  • ƏMAS İnteqrasiyası: ƏMAS (Əmək bildirişləri alt sistemi) üzərindən əmək müqavilələrinin bağlanması, xitamı və dəyişikliklərin daxil edilməsi.
  • Kadr Kargüzarlığı: Əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının (əmrlər, məzuniyyət qrafikləri, iş vaxtının uçotu tabeli) aparılması.
  • Adaptasiya və Saxlanılma: Yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili və kadr axıcılığının (turnover rate) azaldılması üzrə tədbirlərin görülməsi.
  • Əməyin Mühafizəsi: Texniki heyətin əmək mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması prosesinə nəzarət.

Tələblər

  • Təhsil: Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Menecment, Psixologiya və ya uyğun sahə).
  • Təcrübə: Müvafiq sahədə (üstünlük: Telekommunikasiya, IT, Tikinti və ya Sahə/Field operational şirkətlər) minimum 2-4 il iş təcrübəsi.
  • KPI bilikləri: KPI və performans idarəetmə sistemlərinin qurulması və hesablanması üzrə praktiki təcrübə.
  • Qanunvericilik və ƏMAS: AR Əmək Məcəlləsini və ƏMAS sistemində işləmək qaydalarını mükəmməl bilmək.
  • Texniki kadr axtarışı: IT/Texniki profilli kadrların axtarışı və cəlb edilməsi kanallarını bilmək.
  • Bacarıqlar: Yüksək analitik düşüncə, MS Excel bilikləri, ünsiyyət və təşkilatçılıq bacarıqları.
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl; Rus və ya İngilis dili bilikləri üstünlükdür.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Əlaqə üçün 010 234 07 34

Похожие вакансии