İnsan Resursları üzrə Mütəxəssis / Menecer
FiberNETHR specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 2, 2026
- Apply before
- December 2, 2026
- Category
- Human Resources
About this job
FiberNET is hiring an HR specialist in Baku. Full-time. Apply directly to the employer.
Məşğulluq növü: Tam iş günü (Full-time)
İşin Təsviri
Şirkətin kadr ehtiyaclarının (xüsusilə şəbəkə/IT mühəndisləri, GPON/montaj texnikləri, B2B/B2C satış və müştəri xidmətləri heyəti) operativ ödənilməsi, daxili KPI/performans sisteminin qurulması, HR kargüzarlığının aparılması və korporativ mədəniyyətin inkişaf etdirilməsi.
Əsas Öhdəliklər
- İşəqəbul (Recruitment): Texniki və inzibati vakansiyalar üzrə işəqəbul prosesini idarə etmək (müsahibələrin təşkili, qiymətləndirmə).
- KPI və Performans İdarəetməsi: Şöbələr (xüsusilə GPON texniki heyəti, müştəri xidmətləri, satış və IT) üzrə performans göstəricilərinin (KPI/OKRs) təyin edilməsi, dövrü hesablanması və hesabatlılığın aparılması. KPI nəticələrinə əsasən aylıq/rüblük bonus və motivasiya sisteminin hesablanıb rəhbərliyə təqdim edilməsi.
- ƏMAS İnteqrasiyası: ƏMAS (Əmək bildirişləri alt sistemi) üzərindən əmək müqavilələrinin bağlanması, xitamı və dəyişikliklərin daxil edilməsi.
- Kadr Kargüzarlığı: Əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının (əmrlər, məzuniyyət qrafikləri, iş vaxtının uçotu tabeli) aparılması.
- Adaptasiya və Saxlanılma: Yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili və kadr axıcılığının (turnover rate) azaldılması üzrə tədbirlərin görülməsi.
- Əməyin Mühafizəsi: Texniki heyətin əmək mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması prosesinə nəzarət.
Tələblər
- Təhsil: Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Menecment, Psixologiya və ya uyğun sahə).
- Təcrübə: Müvafiq sahədə (üstünlük: Telekommunikasiya, IT, Tikinti və ya Sahə/Field operational şirkətlər) minimum 2-4 il iş təcrübəsi.
- KPI bilikləri: KPI və performans idarəetmə sistemlərinin qurulması və hesablanması üzrə praktiki təcrübə.
- Qanunvericilik və ƏMAS: AR Əmək Məcəlləsini və ƏMAS sistemində işləmək qaydalarını mükəmməl bilmək.
- Texniki kadr axtarışı: IT/Texniki profilli kadrların axtarışı və cəlb edilməsi kanallarını bilmək.
- Bacarıqlar: Yüksək analitik düşüncə, MS Excel bilikləri, ünsiyyət və təşkilatçılıq bacarıqları.
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl; Rus və ya İngilis dili bilikləri üstünlükdür.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.
Əlaqə üçün 010 234 07 34