Перейти к содержимому
GoJob

İstehsalatda xətt operatoru

ASSAN-STP PanelВакансия оператора производства в Сумгаите

Зарплата: Зарплата не указана

Локация
Sumqayıt
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
13 октября 2026 г.
Приём заявок до
12 ноября 2026 г.

О вакансии

ASSAN-STP Panel ищет оператора производства в Сумгаите. Полная занятость. Отклик напрямую работодателю.

 İş şəraiti

  • İş yeri: Azərbaycan, Sumqayıt
  • İş qrafiki: 5 günlük – 08:00-16:00 (1-ci növbə), 16:00-00:00 (2-ci növbə)
  • Şənbə və bazar istirahət günləri

Vəzifə öhdəlikləri:

  • Xətt işə düşməzdən əvvəl polimer örtüklü polad lövhə rulonlarının düzgün yerləşdirilməsini təmin etmək;
  • Polimer örtüklü polad lövhənin formaverici valların arasından standartlara uyğun keçməsini təmin etmək;
  • Süngər və ya bantın sendviç panellərinin yanlarına düzgün vurulmasını  təmin etmək; 
  • Nasosların normal təzyiqlə çalışmasına nəzarət etmək;
  • Xəttin sürətinə nəzarət etmək;                             
  • Xammal qarışığı tökülən ucluqdan qarışığın normada tökülməsinə nəzarət etmək;
  • Ucluğun yuyulması üçün istifadə edilən yuyucu maddə və su qarışığının olduğu çənin səviyyəsinə və təzyiqinə nəzarət etmək;
  • Press sahəsində divar və ya dam panellərinin hərəkətinə və pressin qaydaya uyğun tənzimlənməsini təmin etmək
  • Press formaların düzgün yığılmasını təmin etmək;
  • Sendviç panel istehsal xəttinin iş prinsipi barədə biliklərə sahib olmaq (polimer örtüklü polad lövhə, PUR/PİR, Daş yun);
  • İstehsal prosesinin müxtəlif mərhələlərində (formalaşdırma, pressləmə, kəsmə və paketləmə) avadanlıqların işinə nəzarət etmək;
  • İstehsal zamanı texniki parametrlərin (sürət, təzyiq, ölçü standartları və s.) tələblərə uyğunluğunu təmin etmək;
  • Sifarişlərin və istehsal göstəricilərinin izlənilməsi məqsədilə əsas kompüter biliklərinə malik olmaq.

Namizədə olan tələblər:

  • Orta və ya orta-ixtisas təhsil;
  • İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yeni texnologiyalara öyrənməyə həvəsli;
  • Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı.

Digər məlumatlar:

  • Servislə təmin olunma;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İllik Tibbi sığorta paketi;
  • Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Похожие вакансии