İT Menecer (IT Manager)
TAİS İKF MMCВакансия IT-специалиста в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 9 октября 2026 г.
- Приём заявок до
- 8 ноября 2026 г.
- Категория
- Информационные технологии
Вакансии в категории «Информационные технологии» в городе Баку
О вакансии
TAİS İKF MMC ищет IT-специалиста в Баку. Полная занятость. Отклик напрямую работодателю.
“TAİS İKF” MMC Komandamıza təcrübəli “İT Menecer (IT Manager)” axtarırıq
Vəzifə öhdəlikləri:
- Şirkətin İT infrastrukturunun, korporativ informasiya sistemlərinin və İT xidmətlərinin idarə edilməsi
- İT komandasının fəaliyyətinin təşkili, iş bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət
- İT layihələrinin hazırlanmasında, planlaşdırılmasında, işlənib hazırlanması və tətbiqində aktiv iştirak, layihələrin koordinasiyası
- Yeni proqram təminatlarının, innovativ texnologiyaların və alternativ həllərin araşdırılması, müqayisəli qiymətləndirilməsi
- Şirkətin inkişafına yönəlmiş strateji texnoloji təkliflərin hazırlanması və təqdim edilməsi
- Süni intellekt və avtomatlaşdırma həllərinin biznes proseslərində tətbiqi imkanlarının araşdırılması və pilot layihələrin təşkili
- ERP, CRM, HRM və digər korporativ sistemlərin tətbiqi, inkişafı və inteqrasiyasının koordinasiyası
- İnformasiya təhlükəsizliyi, məlumatların ehtiyat nüsxələnməsi, bərpa və İT xidmətlərinin keyfiyyətinə nəzarət
- IP telefoniya (PBX/VoIP), CCTV və şəbəkə təhlükəsizliyi sistemlərinin idarə edilməsinin koordinasiyası
- İT təchizatçıları ilə əməkdaşlıq, satınalma proseslərində iştirak və texniki təkliflərin qiymətləndirilməsi
- İT büdcəsinin planlaşdırılmasında və texnoloji risklərin qiymətləndirilməsində iştirak
- İT siyasətlərinin, prosedurlarının və texniki sənədlərin hazırlanması, idarə edilməsi və aktuallığının təmin olunması
Namizədə tələblər:
- İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya müvafiq sahədə ali təhsil
- İT sahəsində minimum 5 il, o cümlədən idarəetmə və ya layihələrin koordinasiyası üzrə minimum 3 il təcrübə
- Server, şəbəkə, virtualizasiya, informasiya təhlükəsizliyi və backup sistemləri üzrə güclü texniki biliklər
- Windows Server, Linux, Active Directory, DNS, DHCP, GPO və virtualizasiya texnologiyaları üzrə biliklər
- Şəbəkə texnologiyaları, TCP/IP, VLAN, VPN, Routing, Switching və Firewall prinsipləri üzrə biliklər
- ERP, CRM və digər korporativ informasiya sistemləri üzrə biliklər
- IP PBX, SIP, VoIP və korporativ telefoniya sistemlərinin iş prinsipləri üzrə biliklər
- CCTV, IP kameralar, NVR, videoarxiv və videomüşahidə sistemlərinin inteqrasiyası üzrə biliklər
- Süni intellekt alətləri ilə peşəkar səviyyədə işləmək, AI əsaslı biznes həllərini və avtomatlaşdırma imkanlarını qiymətləndirmək bacarığı
- İT layihələrini idarə etmək, texniki tapşırıqlar hazırlamaq və biznes tələblərini təhlil etmək bacarığı
- Yeni texnologiyaları araşdırmaq, alternativləri müqayisə etmək və strateji texnoloji təkliflər hazırlamaq bacarığı
- İT sənədləşməsi, siyasət, prosedur və texniki standartların hazırlanması və idarə edilməsi bacarığı
- İT satınalmaları, lisenziyalaşdırma və təchizatçılarla əməkdaşlıq üzrə biliklər
Dil bilikləri:
- Azərbaycan dili: Şifahi və yazılı ünsiyyət bacarıqları yüksək səviyyədə
- Rus dili: Şifahi və yazılı şəkildə fikrini ifadə etmək bacarığı
- İngilis dili: Şifahi və yazılı ünsiyyət bacarıqları yüksək səviyyədə
Üstünlük veriləcək:
- ITIL, PMP, PRINCE2 və digər müvafiq biliklər
- Proxmox VE, VMware, Hyper-V, Microsoft 365 və backup texnologiyaları üzrə təcrübə
- Ubiquiti UniFi, Cisco və Huawei şəbəkə həlləri üzrə biliklər
- Fortinet FortiGate, Firewall siyasətləri və VPN təhlükəsizliyi üzrə biliklər
- HPE ProLiant və Dell PowerEdge server sistemləri üzrə biliklər
- Kaspersky Security Center üzrə biliklər
- Grandstream, 3CX və Yealink IP telefoniya həlləri ilə iş təcrübəsi
- Dahua və Hikvision CCTV sistemləri ilə iş təcrübəsi
- Rəqəmsal transformasiya, AI və avtomatlaşdırma layihələrində təcrübə
- Çoxfiliallı korporativ mühitdə İT idarəetmə təcrübəsi
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)
- İş saatı: 09:00 – 17:00
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- Ünvan: Bakı, Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT Menecer (IT Manager)”qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.