Skip to content
GoJob

İT Menecer (IT Manager)

TAİS İKF MMCIT specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 9, 2026
Apply before
November 8, 2026

Information Technology jobs in Baku

About this job

TAİS İKF MMC is hiring an IT specialist in Baku. Full-time. Apply directly to the employer.

“TAİS İKF” MMC Komandamıza təcrübəli  “İT Menecer (IT Manager)”  axtarırıq

 Vəzifə öhdəlikləri:

  • Şirkətin İT infrastrukturunun, korporativ informasiya sistemlərinin və İT xidmətlərinin idarə edilməsi
  • İT komandasının fəaliyyətinin təşkili, iş bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət
  • İT layihələrinin hazırlanmasında, planlaşdırılmasında, işlənib hazırlanması və tətbiqində aktiv iştirak, layihələrin koordinasiyası
  • Yeni proqram təminatlarının, innovativ texnologiyaların və alternativ həllərin araşdırılması, müqayisəli qiymətləndirilməsi
  • Şirkətin inkişafına yönəlmiş strateji texnoloji təkliflərin hazırlanması və təqdim edilməsi
  • Süni intellekt və avtomatlaşdırma həllərinin biznes proseslərində tətbiqi imkanlarının araşdırılması və pilot layihələrin təşkili
  • ERP, CRM, HRM və digər korporativ sistemlərin tətbiqi, inkişafı və inteqrasiyasının koordinasiyası
  • İnformasiya təhlükəsizliyi, məlumatların ehtiyat nüsxələnməsi, bərpa və İT xidmətlərinin keyfiyyətinə nəzarət
  • IP telefoniya (PBX/VoIP), CCTV və şəbəkə təhlükəsizliyi sistemlərinin idarə edilməsinin koordinasiyası
  • İT təchizatçıları ilə əməkdaşlıq, satınalma proseslərində iştirak və texniki təkliflərin qiymətləndirilməsi
  • İT büdcəsinin planlaşdırılmasında və texnoloji risklərin qiymətləndirilməsində iştirak
  • İT siyasətlərinin, prosedurlarının və texniki sənədlərin hazırlanması, idarə edilməsi və aktuallığının təmin olunması

Namizədə tələblər:

  • İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya müvafiq sahədə ali təhsil
  • İT sahəsində minimum 5 il, o cümlədən idarəetmə və ya layihələrin koordinasiyası üzrə minimum 3 il təcrübə
  • Server, şəbəkə, virtualizasiya, informasiya təhlükəsizliyi və backup sistemləri üzrə güclü texniki biliklər
  • Windows Server, Linux, Active Directory, DNS, DHCP, GPO və virtualizasiya texnologiyaları üzrə biliklər
  • Şəbəkə texnologiyaları, TCP/IP, VLAN, VPN, Routing, Switching və Firewall prinsipləri üzrə biliklər
  • ERP, CRM və digər korporativ informasiya sistemləri üzrə biliklər
  • IP PBX, SIP, VoIP və korporativ telefoniya sistemlərinin iş prinsipləri üzrə biliklər
  • CCTV, IP kameralar, NVR, videoarxiv və videomüşahidə sistemlərinin inteqrasiyası üzrə biliklər
  • Süni intellekt alətləri ilə peşəkar səviyyədə işləmək, AI əsaslı biznes həllərini və avtomatlaşdırma imkanlarını qiymətləndirmək bacarığı
  • İT layihələrini idarə etmək, texniki tapşırıqlar hazırlamaq və biznes tələblərini təhlil etmək bacarığı
  • Yeni texnologiyaları araşdırmaq, alternativləri müqayisə etmək və strateji texnoloji təkliflər hazırlamaq bacarığı
  • İT sənədləşməsi, siyasət, prosedur və texniki standartların hazırlanması və idarə edilməsi bacarığı
  • İT satınalmaları, lisenziyalaşdırma və təchizatçılarla əməkdaşlıq üzrə biliklər

Dil bilikləri:

  • Azərbaycan dili: Şifahi və yazılı ünsiyyət bacarıqları yüksək səviyyədə
  • Rus dili: Şifahi və yazılı şəkildə fikrini ifadə etmək bacarığı
  • İngilis dili: Şifahi və yazılı ünsiyyət bacarıqları yüksək səviyyədə

Üstünlük veriləcək:

  • ITIL, PMP, PRINCE2 və digər müvafiq biliklər
  • Proxmox VE, VMware, Hyper-V, Microsoft 365 və backup texnologiyaları üzrə təcrübə
  • Ubiquiti UniFi, Cisco və Huawei şəbəkə həlləri üzrə biliklər
  • Fortinet FortiGate, Firewall siyasətləri və VPN təhlükəsizliyi üzrə biliklər
  • HPE ProLiant və Dell PowerEdge server sistemləri üzrə biliklər
  • Kaspersky Security Center üzrə biliklər
  • Grandstream, 3CX və Yealink IP telefoniya həlləri ilə iş təcrübəsi
  • Dahua və Hikvision CCTV sistemləri ilə iş təcrübəsi
  • Rəqəmsal transformasiya, AI və avtomatlaşdırma layihələrində təcrübə
  • Çoxfiliallı korporativ mühitdə İT idarəetmə təcrübəsi

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş  rejimi (şənbə qısa iş günüdür)
  • İş saatı: 09:00 – 17:00
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir  
  • Ünvan: Bakı, Nərimanov rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT Menecer (IT Manager)”qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.

More jobs at TAİS İKF MMC

Jobs at TAİS İKF MMC