Təhsil üzrə Koordinator
Step by Step International HubВакансия координатора в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 4 ноября 2026 г.
- Приём заявок до
- 4 декабря 2026 г.
- Категория
- Образование
О вакансии
Step by Step International Hub ищет координатора в Баку. Полная занятость. Отклик напрямую работодателю.
2016-cı ildən fəaliyyət göstərən Step by Step International Hub, Oxford International Digital Institute-un Azərbaycandakı rəsmi tərəfdaşı olaraq beynəlxalq təhsil imkanlarını tələbələrlə birləşdirir.
10 illik təcrübəmizə əsaslanaraq komandamızı genişləndirir və xaricdə təhsil sahəsində bizimlə birlikdə inkişaf etmək istəyən peşəkar mütəxəssisi komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri:
- Xaricdə təhsil almaq istəyən tələbələrə və valideynlərə ölkə, universitet və təhsil proqramları üzrə konsultasiya vermək;
- Tələbələrin məqsəd və akademik göstəricilərinə uyğun universitet və proqram seçimində dəstək olmaq;
- Xarici universitetlər və təhsil müəssisələri haqqında araşdırmalar aparmaq, yeni tərəfdaşlıqlar qurmaq;
- Universitetlərə qəbul, qeydiyyat və müraciət proseslərini koordinasiya etmək;
- CV, motivasiya məktubu və digər müraciət sənədlərinin hazırlanmasında tələbələrə istiqamət vermək;
- Təqaüd imkanları, qəbul şərtləri və müraciət tarixləri haqqında məlumatlandırmaq;
- Tələbələrlə mütəmadi əlaqə saxlamaq və müraciət prosesinin bütün mərhələlərini izləmək.
Tələblər
- Ali təhsil (bakalavr dərəcəsi mütləqdir);
- Xaricdə təhsil sahəsində minimum 1 il iş təcrübəsi;
- İngilis dili biliyi minimum B2 səviyyəsində;
- Rus dili biliyi üstünlükdür;
- Güclü ünsiyyət, təqdimat və konsultasiya bacarıqları;
- Analitik düşüncə və araşdırma aparmaq qabiliyyəti;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı;
- Satış və müştəri münasibətlərinin idarə olunması bacarıqları üstünlükdür.
İş şərtləri
- Tam-ştat iş rejimi;
- Əmək haqqı müsahibə əsasında müəyyən edilir;
- Peşəkar inkişaf və təlim imkanları;
CV-nizi mövzu hissəsində “Xaricdə Təhsil üzrə Koordinator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
10 illik təcrübəmizə qoşulun, beynəlxalq təhsilin gələcəyini bizimlə qurun!
Похожие вакансии
Istedadların idarə edilməsi departamentinin istedadların idarə edilməsi və təşkilati inkişaf şöbəsinin təlim qrupunun mütəxəssisi — вакансия в БакуPASHA Bank, Bakı
Вакансия учителя английского языка в БакуKhazar University Dunya IB School, Bakı- Вакансия учителя в БакуSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Bakı
Вакансия учителя в БакуTED Academy, Bakı