B2B / Korporativ Satış Meneceri
Neoline Technology MMCВакансия менеджера по корпоративным продажам в Баку
Зарплата: от 1 000 ₼ / мес.
О вакансии
Neoline Technology MMC ищет менеджера по корпоративным продажам в Баку. Полная занятость, зарплата 1 000 AZN. Отклик напрямую работодателю.
İş şəraiti
- Əməkhaqqı: 1000 AZN (fiks) + Satışdan bonus/komissiya
- Məşğulluq tipi: Tam iş günü (09:00 – 18:00, 5 gün)
- Ünvan: Bakı şəhəri
İşin təsviri və öhdəliklər:
- IT, video müşahidə, kamera və təhlükəsizlik sistemləri üzrə B2B / korporativ satışların həyata keçirilməsi;
- Potensial korporativ müştərilərin aktiv axtarışı və cəlb olunması (soyuq zənglər, görüşlər);
- Müştərilərin tələblərinə uyğun kommersiya təkliflərinin (qiymət təklifi) hazırlanması və təqdim olunması;
- Dövlət və özəl sektor üzrə Tenders və satınalma proseslərinin izlənilməsi, sənədləşmənin aparılması;
- Müştəri bazasının idarə olunması, mövcud korporativ müştərilərlə uzunmüddətli əlaqələrin saxlanılması;
- Satış prosesinin CRM sistemində müntəzəm qeydiyyatı və hesabatlılığın təmin edilməsi.
Namizədə olan tələblər:
- Təcrübə: Minimum 2 il B2B / Korporativ satış təcrübəsi (IT, kamera və təhlükəsizlik sistemləri sahəsində təcrübəsi olanlara üstünlük verilir);
- Texniki bilik: IT və təhlükəsizlik avadanlıqları haqqında ümumi texniki anlayışın olması;
- Satış bacarıqları: Aktiv müştəri axtarışı, soyuq satış (cold sales) və təqdimat bacarığı;
- Biznes yazışmaları: Peşəkar kommersiya təklifləri hazırlamaq və tender proseslərində təcrübə;
- Proqram bilikləri: MS Office (Word, Excel) və CRM proqramları ilə sərbəst işləmək bacarığı;
Dil bilikləri:
- Azərbaycan dili — sərbəst (səlis nitq və yazışma);
- Rus və İngilis dili — arzuolunandır (üstünlükdür).
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "B2B Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.