Əsas məzmuna keç
GoJob

B2B / Korporativ Satış Meneceri

Neoline Technology MMCBakıda korporativ satış meneceri vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 oktyabr 2026
Son müraciət tarixi
28 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Neoline Technology MMC Bakıda korporativ satış meneceri axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • Əməkhaqqı: 1000 AZN (fiks) + Satışdan bonus/komissiya
  • Məşğulluq tipi: Tam iş günü (09:00 – 18:00, 5 gün)
  • Ünvan: Bakı şəhəri

İşin təsviri və öhdəliklər:

  • IT, video müşahidə, kamera və təhlükəsizlik sistemləri üzrə B2B / korporativ satışların həyata keçirilməsi;
  • Potensial korporativ müştərilərin aktiv axtarışı və cəlb olunması (soyuq zənglər, görüşlər);
  • Müştərilərin tələblərinə uyğun kommersiya təkliflərinin (qiymət təklifi) hazırlanması və təqdim olunması;
  • Dövlət və özəl sektor üzrə Tenders və satınalma proseslərinin izlənilməsi, sənədləşmənin aparılması;
  • Müştəri bazasının idarə olunması, mövcud korporativ müştərilərlə uzunmüddətli əlaqələrin saxlanılması;
  • Satış prosesinin CRM sistemində müntəzəm qeydiyyatı və hesabatlılığın təmin edilməsi.

Namizədə olan tələblər:

  • Təcrübə: Minimum 2 il B2B / Korporativ satış təcrübəsi (IT, kamera və təhlükəsizlik sistemləri sahəsində təcrübəsi olanlara üstünlük verilir);
  • Texniki bilik: IT və təhlükəsizlik avadanlıqları haqqında ümumi texniki anlayışın olması;
  • Satış bacarıqları: Aktiv müştəri axtarışı, soyuq satış (cold sales) və təqdimat bacarığı;
  • Biznes yazışmaları: Peşəkar kommersiya təklifləri hazırlamaq və tender proseslərində təcrübə;
  • Proqram bilikləri: MS Office (Word, Excel) və CRM proqramları ilə sərbəst işləmək bacarığı;

Dil bilikləri:

  • Azərbaycan dili — sərbəst (səlis nitq və yazışma);
  • Rus və İngilis dili — arzuolunandır (üstünlükdür).

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "B2B Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar