Перейти к содержимому
GoJob

Kredit mütəxəssisi / Biznes fəaliyyətinin onlayn yoxlanılması üzrə mütəxəssis

NBCO KredAqroВакансия кредитного специалиста в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
4 ноября 2026 г.
Приём заявок до
4 декабря 2026 г.

Вакансии в категории «Финансы, банк и страхование» в городе Баку

О вакансии

NBCO KredAqro ищет кредитного специалиста в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Fərdi sahibkar olan müştərilərə biznes fəaliyyətlərinin onlayn yoxlanılması prosesindən keçməkdə və kredit rəsmiləşdirməkdə kömək edəcək fəal, ünsiyyətcil və müştəriyönümlü əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri

  • Fərdi sahibkarların biznes fəaliyyətinin məsafədən, onlayn qaydada yoxlanılması prosesini həyata keçirmək;
  • Müştərini video-yoxlama mərhələsindən başlayaraq yoxlamanın uğurla tamamlanmasının təsdiqinə qədər müşayiət etmək;
  • Müştərinin yoxlamanın bütün mərhələlərindən keçməsinə kömək etmək və anlaşılmayan məqamları izah etmək;
  • Kreditin rəsmiləşdirilməsi ilə bağlı müştərilərə məsləhət vermək;
  • Müştəriləri kredit məhsulları və rəsmiləşdirmə şərtləri barədə məlumatlandırmaq;
  • Proses zamanı müştərilərdə yaranan etiraz və tərəddüdləri aradan qaldırmaq;
  • Satış planını yerinə yetirmək və yüksək xidmət səviyyəsini təmin etmək.

Namizədə dair tələblər

  • İnsanlarla ünsiyyət qurmaq və fərdi yanaşma nümayiş etdirmək bacarığı;
  • Nəticəyönümlü olmaq və satış planını yerinə yetirməyə hazır olmaq;
  • Aktiv satış bacarıqlarına malik olmaq;
  • Sürətli öyrənmə və kompüterdən sərbəst istifadə bacarığı;
  • Maliyyə xidmətlərinin satışı və ya kreditləşmə sahəsində iş təcrübəsinə malik olmaq.

Biz nə təklif edirik?

  • Məhsullar üzrə təlim və işə başlama mərhələsində dəstək;
  • Şəffaf əməkhaqqı sistemi: sabit əməkhaqqı və nəticələrə əsaslanan bonuslar;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Mehriban komanda və rahat iş şəraiti;
  • İş qrafiki: növbəli;

İnsanlara kömək etməkdən və konkret nəticələr əldə etməkdən zövq alırsınızsa, müraciətinizi gözləyirik!

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Другие вакансии компании NBCO KredAqro

Вакансии NBCO KredAqro