Layihələrin qiymətləndirilməsi sektorunun müdiri
Modern Engineering Bureau of AzerbaijanLayihələrin qiymətləndirilməsi sektorunun müdiri — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı, Xətai
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 17 ноября 2026 г.
- Просмотры
- 697
- Отклики
- 40
- Приём заявок до
- 17 декабря 2026 г.
- Категория
- Инженерия и техника
О вакансии
Modern Engineering Bureau of Azerbaijan ищет сотрудника на должность «Layihələrin qiymətləndirilməsi sektorunun müdiri» в Баку (район Хатаи). Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- Layihələrin qiymətləndirilməsi sektorunun fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək;
- Layihə cizgilərini, texniki spesifikasiyaları və digər layihə sənədlərini təhlil etmək, nəzərdə tutulan işlərin həcmini və qiymətləndirmə üçün tələb olunan məlumatları müəyyənləşdirmək;
- Layihə sənədləri əsasında iş və material həcmlərinin çıxarılmasını, hesablanmasını və yoxlanılmasını təşkil etmək;
- Layihə üzrə iş həcmləri cədvəllərinin (BOQ) sıfırdan tərtib olunmasını, işlərin müvafiq bölmələr üzrə qruplaşdırılmasını, ölçü vahidlərinin və miqdarların düzgün müəyyən edilməsini təmin etmək;
- Hazır təqdim edilmiş BOQ-ların layihə cizgiləri və texniki tələblərlə uyğunluğunu yoxlamaq, çatışmayan, təkrarlanan və ya səhv hesablanmış mövqeləri müəyyənləşdirmək;
- Hər bir BOQ mövqeyi üzrə material, işçi qüvvəsi, texnika və digər resurs tələbatının müəyyən edilməsini, vahid qiymətlərin və ümumi məbləğlərin hesablanmasını təşkil etmək;
- Material, avadanlıq və subpodrat işləri üzrə qiymət məlumatlarını toplamaq, təkliflərin layihə tələblərinə uyğunluğunu qiymətləndirmək;
- BOQ əsasında layihənin maya dəyərinin, smetasının hazırlanmasını təşkil etmək;
- Hesablamalarda birbaşa və dolayı xərclərin, itki normalarının, logistika xərclərinin, risk ehtiyatlarının və mənfəət marjasının nəzərə alınmasını təmin etmək;
- Layihə sənədlərindəki qeyri-müəyyənlikləri və uyğunsuzluqları müəyyən etmək, layihəçilər və texniki komanda ilə dəqiqləşdirmək;
- Layihədə edilən dəyişikliklərə uyğun olaraq BOQ-ların və qiymət hesablamalarının yenilənməsini, əlavə və ixtisar olunan işlərin maliyyə təsirinin hesablanmasını təşkil etmək;
- Hazırlanmış BOQ-ları, smetaları və qiymət hesablamalarını yoxlamaq, əsaslandırılmış şəkildə rəhbərliyə təqdim etmək və sifarişçi ilə texniki-kommersiya müzakirələrində iştirak etmək.
Namizədə olan tələblər:
- İnşaat mühəndisliyi və ya digər uyğun mühəndislik ixtisası üzrə ali təhsil;
- Layihələr üzrə iş həcmlərinin hesablanması, BOQ hazırlanması və qiymətləndirmə sahəsində minimum 5 il, o cümlədən komanda idarəçiliyi üzrə minimum 2 il iş təcrübəsi;
- Layihə cizgilərini və texniki sənədləri sərbəst oxumaq, onların əsasında iş və material həcmlərini hesablamaq bacarığı;
- BOQ-ların sıfırdan tərtib edilməsi, mövcud BOQ-ların yoxlanılması və qiymətləndirilməsi üzrə praktiki təcrübə;
- Tikinti, konstruksiya və MEP işlərinin həcmlərinin hesablanması prinsipləri üzrə biliklər;
- Vahid qiymət analizlərinin, resurs hesablamalarının, smetaların və layihə büdcələrinin hazırlanması üzrə təcrübə;
- MS Excel və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı; smeta və həcm hesablama proqramları üzrə biliklər üstünlükdür;
- Azərbaycan dili biliyi; ingilis və rus dillərində texniki sənədlərlə işləmək bacarığı üstünlükdür;
- Analitik düşünmə, detallara diqqət, komandanın işini təşkil etmək və müəyyən edilmiş müddətlərdə nəticə təqdim etmək bacarığı.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Layihələrin qiymətləndirilməsi sektorunun müdiri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Другие вакансии компании Modern Engineering Bureau of Azerbaijan
Tender sənədləri üzrə mütəxəssis — вакансия в БакуModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Satınalma sektorunun müdiri — вакансия в БакуModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Sementləmə aqreqatı üzrə operator — вакансия в БакуModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Вакансия начальника участка в БакуModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai