Layihələrin qiymətləndirilməsi sektorunun müdiri
Modern Engineering Bureau of AzerbaijanBakıda layihələrin qiymətləndirilməsi sektorunun müdiri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Xətai
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 17 noyabr 2026
- Baxış
- 697
- Müraciət
- 40
- Son müraciət tarixi
- 17 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları
Vakansiya haqqında
Modern Engineering Bureau of Azerbaijan Bakının Xətai rayonunda «Layihələrin qiymətləndirilməsi sektorunun müdiri» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri:
- Layihələrin qiymətləndirilməsi sektorunun fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək;
- Layihə cizgilərini, texniki spesifikasiyaları və digər layihə sənədlərini təhlil etmək, nəzərdə tutulan işlərin həcmini və qiymətləndirmə üçün tələb olunan məlumatları müəyyənləşdirmək;
- Layihə sənədləri əsasında iş və material həcmlərinin çıxarılmasını, hesablanmasını və yoxlanılmasını təşkil etmək;
- Layihə üzrə iş həcmləri cədvəllərinin (BOQ) sıfırdan tərtib olunmasını, işlərin müvafiq bölmələr üzrə qruplaşdırılmasını, ölçü vahidlərinin və miqdarların düzgün müəyyən edilməsini təmin etmək;
- Hazır təqdim edilmiş BOQ-ların layihə cizgiləri və texniki tələblərlə uyğunluğunu yoxlamaq, çatışmayan, təkrarlanan və ya səhv hesablanmış mövqeləri müəyyənləşdirmək;
- Hər bir BOQ mövqeyi üzrə material, işçi qüvvəsi, texnika və digər resurs tələbatının müəyyən edilməsini, vahid qiymətlərin və ümumi məbləğlərin hesablanmasını təşkil etmək;
- Material, avadanlıq və subpodrat işləri üzrə qiymət məlumatlarını toplamaq, təkliflərin layihə tələblərinə uyğunluğunu qiymətləndirmək;
- BOQ əsasında layihənin maya dəyərinin, smetasının hazırlanmasını təşkil etmək;
- Hesablamalarda birbaşa və dolayı xərclərin, itki normalarının, logistika xərclərinin, risk ehtiyatlarının və mənfəət marjasının nəzərə alınmasını təmin etmək;
- Layihə sənədlərindəki qeyri-müəyyənlikləri və uyğunsuzluqları müəyyən etmək, layihəçilər və texniki komanda ilə dəqiqləşdirmək;
- Layihədə edilən dəyişikliklərə uyğun olaraq BOQ-ların və qiymət hesablamalarının yenilənməsini, əlavə və ixtisar olunan işlərin maliyyə təsirinin hesablanmasını təşkil etmək;
- Hazırlanmış BOQ-ları, smetaları və qiymət hesablamalarını yoxlamaq, əsaslandırılmış şəkildə rəhbərliyə təqdim etmək və sifarişçi ilə texniki-kommersiya müzakirələrində iştirak etmək.
Namizədə olan tələblər:
- İnşaat mühəndisliyi və ya digər uyğun mühəndislik ixtisası üzrə ali təhsil;
- Layihələr üzrə iş həcmlərinin hesablanması, BOQ hazırlanması və qiymətləndirmə sahəsində minimum 5 il, o cümlədən komanda idarəçiliyi üzrə minimum 2 il iş təcrübəsi;
- Layihə cizgilərini və texniki sənədləri sərbəst oxumaq, onların əsasında iş və material həcmlərini hesablamaq bacarığı;
- BOQ-ların sıfırdan tərtib edilməsi, mövcud BOQ-ların yoxlanılması və qiymətləndirilməsi üzrə praktiki təcrübə;
- Tikinti, konstruksiya və MEP işlərinin həcmlərinin hesablanması prinsipləri üzrə biliklər;
- Vahid qiymət analizlərinin, resurs hesablamalarının, smetaların və layihə büdcələrinin hazırlanması üzrə təcrübə;
- MS Excel və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı; smeta və həcm hesablama proqramları üzrə biliklər üstünlükdür;
- Azərbaycan dili biliyi; ingilis və rus dillərində texniki sənədlərlə işləmək bacarığı üstünlükdür;
- Analitik düşünmə, detallara diqqət, komandanın işini təşkil etmək və müəyyən edilmiş müddətlərdə nəticə təqdim etmək bacarığı.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Layihələrin qiymətləndirilməsi sektorunun müdiri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Modern Engineering Bureau of Azerbaijan şirkətinin digər vakansiyaları
Bakıda tender sənədləri üzrə mütəxəssis vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Bakıda satınalma sektorunun müdiri vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Bakıda sementləmə aqreqatı üzrə operator vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Bakıda sahə rəisi vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai