Перейти к содержимому
GoJob
Назад к списку вакансий

Maliyyə və Mühasibatlıq üzrə Menecer (Finance & Accounting Manager)

Avant GroupMaliyyə və mühasibatlıq üzrə menecer — вакансия в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
19 ноября 2026 г.
Просмотры
675
Отклики
39
Приём заявок до
19 декабря 2026 г.

Вакансии в категории «Финансы, банк и страхование» в городе Баку

О вакансии

Avant Group ищет сотрудника на должность «Maliyyə və Mühasibatlıq üzrə Menecer» в Баку. Полная занятость. Отклик напрямую работодателю.

İş yeri: Bakı

İş rejimi: Tam iş günü

Vəzifə haqqında

  • Daşınmaz əmlak, camaşırxana xidmətləri, internet xidmətləri və çörək istehsalı sahələrində fəaliyyət göstərən bir neçə biznesin maliyyə və mühasibatlıq proseslərinin idarə edilməsi üçün təcrübəli mütəxəssis axtarırıq.
  • Namizəd bir neçə biznes üzrə mühasibat uçotunu müstəqil təşkil etməli, maliyyə hesabatlarını hazırlamalı, pul vəsaitlərinin hərəkətinə, xərclərə və bizneslərin maliyyə nəticələrinə nəzarət etməlidir.

Əsas vəzifə öhdəlikləri

  • Hər bir biznes üzrə mühasibat uçotunun ayrıca və düzgün aparılmasını təmin etmək;
  • İlkin mühasibat sənədlərinin toplanması, yoxlanılması və sistemləşdirilməsini təşkil etmək;
  • Aylıq mənfəət və zərər hesabatı (P&L), balans hesabatı (Balance Sheet) və pul vəsaitlərinin hərəkəti hesabatını (Cash Flow) hazırlamaq;
  • Bütün bizneslər üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarını hazırlamaq;
  • Vergi, DSMF, statistika və digər məcburi hesabatları hazırlamaq və aidiyyəti qurumlara təqdim etmək;
  • Əməkhaqqının hesablanmasını və əməkhaqqı üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Bank əməliyyatlarını, pul vəsaitlərinin qalıqlarını, debitor və kreditor borclarını izləmək və üzləşdirmələri aparmaq;
  • Təsisçi tərəfindən yatırılan vəsaitlərin, verilən borcların, geri qaytarmaların və sahibkara edilən ödənişlərin ayrıca uçotunu aparmaq;
  • Əsas vəsaitlərin, avadanlıqların və digər aktivlərin uçotunu düzgün təşkil etmək, kapital qoyuluşlarını cari xərclərdən fərqləndirmək;
  • Pul vəsaitlərinin hərəkətini proqnozlaşdırmaq və ödəniş qrafiklərini hazırlamaq;
  • Bizneslər üzrə gəlir və xərcləri təhlil etmək, büdcələrin icrasına və xərclərə nəzarət etmək;
  • Bizneslərin maliyyə nəticələrini və gəlirliliyini təhlil etmək, rəhbərliyə müvafiq təkliflər vermək;
  • Maliyyə əməliyyatları, xərclərin təsdiqi, hesab-fakturaların işlənməsi və sənədləşmə üzrə daxili prosedurların hazırlanmasında iştirak etmək;
  • Rəhbərliyin sorğuları əsasında maliyyə təhlilləri, hesablamalar və proqnozlar hazırlamaq.

Namizədə dair tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Mühasibatlıq və maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
  • Bir neçə hüquqi şəxs və ya müxtəlif biznes istiqamətləri üzrə mühasibat uçotunun aparılması təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi, mühasibat uçotu və əmək qanunvericiliyi üzrə biliklər;
  • P&L, Balance Sheet və Cash Flow hesabatlarının müstəqil hazırlanması və təhlili bacarığı;
  • Büdcələşdirmə, maliyyə planlaşdırılması və pul vəsaitlərinin hərəkətinin idarə edilməsi üzrə təcrübə;
  • 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə, detallara diqqət və maliyyə məlumatlarını düzgün şərh etmək bacarığı;
  • Müstəqil işləmək, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür.

Biz nə təklif edirik?

  • Müxtəlif biznes istiqamətləri üzrə peşəkar inkişaf imkanı;
  • Maliyyə proseslərinin qurulması və təkmilləşdirilməsində iştirak;
  • Birbaşa rəhbərliklə işləmək və qərarların qəbuluna analitik dəstək vermək;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Finance & Accounting Manager" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

Другие вакансии компании Avant Group

Вакансии Avant Group