Marketinq və korporativ kommunikasiyaları üzrə mütəxəssis
North WestВакансия маркетолога в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 2 ноября 2026 г.
- Приём заявок до
- 2 декабря 2026 г.
- Категория
- Маркетинг и PR
О вакансии
North West ищет маркетолога в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Əsas öhdəliklər
- Sosial media və rəqəmsal kommunikasiya: Şirkətin rəsmi sosial media hesablarını idarə etmək, təsdiqlənmiş məzmunu hazırlamaq və dərc etmək, məzmun təqvimini aparmaq və korporativ ünsiyyətdə vahid yanaşmanı təmin etmək.
- Veb-sayt məzmununun idarə edilməsi: Şirkətin veb-saytında icra olunan və tamamlanmış layihələr, xəbərlər və fəaliyyətlə bağlı təsdiqlənmiş məlumatları yeniləmək; texniki dəyişiklikləri kənar xidmət təminatçıları ilə əlaqələndirmək.
- Layihələrin foto və video materialları: Layihə sahələrində peşəkar foto və video çəkilişlərini təşkil etmək, layihə heyəti və podratçılarla koordinasiya aparmaq, materialların keyfiyyətini və tələblərə uyğunluğunu yoxlamaq.
- Sahəvi əlaqələrin inkişafına dəstək: Departamentlə razılaşdırılmaqla şirkətin tanınmasını və işgüzar əlaqələrini gücləndirmək üçün peşəkar şəbəkələrdə və sahəvi tədbirlərdə iştirakın təşkilinə dəstək vermək.
- Marketinq kampaniyalarının əlaqələndirilməsi: Təsdiqlənmiş marketinq və kommunikasiya kampaniyalarının məqsədləri, məzmunu, müddətləri, podratçılarla iş və yekun hesabatlılıq üzrə koordinasiyasını təmin etmək.
- Korporativ brendinq və tanıtım materialları: Broşür, banner, dəftərxana ləvazimatları, vizit kartları və tanıtım məhsullarında korporativ üsluba riayət olunmasını təmin etmək; dizayn, satınalma və istehsal işlərini əlaqələndirmək.
- Şirkətin təmsil olunması: Verilmiş səlahiyyətlər çərçivəsində işgüzar tədbirlərdə şirkəti təmsil etmək və onun korporativ dəyərlərinə və kommunikasiya prinsiplərinə uyğun çıxış etmək.
- Sərgilər və işgüzar tədbirlər: Sərgi, konfrans və işgüzar tədbirlərdə iştirak üçün qeydiyyat, stend materialları, logistika və təşkilatçılarla kommunikasiyanı əlaqələndirmək.
- Korporativ təqdimatlar və layihə referansları: Müştərilər, tərəfdaşlar və maliyyə institutları ilə görüşlər üçün şirkət profillərini, korporativ təqdimatları, layihə referanslarını və digər tanıtım sənədlərini hazırlamaq və yeniləmək.
- Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr: Təsdiq olunmuş dərc və media kommunikasiyası üçün şirkət elanlarını, press-relizləri, layihə yeniliklərini və uğur hekayələrini hazırlamaq və əlaqələndirmək.
Tələblər
- Marketinq, kommunikasiya, ictimaiyyətlə əlaqələr, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr təhsili.
- B2B marketinq, korporativ kommunikasiya, PR və ya brendinq sahəsində azı 2–3 il müvafiq təcrübə; tikinti, infrastruktur və sənaye sahələrində təcrübə üstünlükdür.
- Yüksək səviyyədə işgüzar yazı, redaktə, korrektə və təqdimat hazırlama bacarıqları.
- MS PowerPoint proqramında yüksək səviyyədə işləmək bacarığı; MS Office, Canva, Adobe və ya oxşar dizayn alətləri üzrə biliklər.
- Korporativ veb-saytların, sosial media hesablarının və məzmun təqvimlərinin idarə edilməsi üzrə təcrübə.
- Brend standartları, peşəkar korporativ kommunikasiya və B2B məzmun hazırlığı üzrə biliklər.
- Rəqəmsal analitika alətlərindən (məsələn, Google Analytics) istifadə və rəhbərlik üçün aydın hesabatlar hazırlamaq bacarığı.
- Təchizatçıları, tədbirləri və paralel tapşırıqları əlaqələndirmək üçün güclü təşkilatçılıq bacarıqları.
- Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları; rus dili ciddi üstünlükdür.
- Texniki layihə məlumatlarını anlamaq və qeyri-texniki auditoriyaya düzgün çatdırmaq bacarığı.
- Zərurət yarandıqda ölkədaxili və beynəlxalq ezamiyyətlərə getməyə hazır olmaq
- Detallara diqqət, məxfilik, düzgün qərarvermə, son tarixlərə riayət etmək və ehtiyac olduqda layihə sahələrinə səfər etmək hazırlığı.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Marketinq və korporativ kommunikasiyaları üzrə mütəxəssis” başlığı ilə göndərməklə edə bilərsiniz.